Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Şəkidə Xədicə İsmayılın müdafiəsi üçün plakatlar yayılıb


Şəkidə jurnalist Xədicə İsmayıla dəstək aksiyası çərçivəsində yayılan plakatlar.
Şəkidə jurnalist Xədicə İsmayıla dəstək aksiyası çərçivəsində yayılan plakatlar.

.

Yanvarın 14-də Şəki şəhərində həbsdə olan jurnalist Xədicə İsmayıla azadlıq tələb edən plakatlar yayılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhərin bütün dayanacaqlarına, dövlət idarələri bə bələdiyyə binasına üzərində jurnalistin şəkili olan “Xədicəni azad et!” yazılmış plakatlar yapışdırılıb.

Şəkilləri kimin yaydığı barədə məlumat verilmir. Yerli icra strukturları plakatları dərhal küçələrdən yığışdırmaq əmri verib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır. Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

Şəkidə yanvarın 14-də yayılan plakatların bəzilərinin fotolarını təqdim edirik:

XS
SM
MD
LG