Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Bakının mərkəzində təzə təmirdən çıxan yollar... bir də təmir edilir


Bakıda Avropa Oyunları üçün aparılmış təmir işləri
Bakıda Avropa Oyunları üçün aparılmış təmir işləri

.

Gözlə

No media source currently available

0:00 0:03:24 0:00
Direct-ə keçid

Avropa Oyunlarına hazırlıqla bağlı Bakının əsas yolları təmir olunur. Az qala bütün mərkəzi yollarda texnikanın səs-küyü ətrafı başına götürüb. Qazıntı, söküntü işləri qulaq batırır. Bəzi yerlərdə asfalt qaşınır, bəzi yerlərdə səki daşları, ya da plitələr yeniləri ilə əvəz olunur. Bu yollardan keçə bilməyənlərdən deyinənlər də var, təəccüblənənlər də.

Bakı sakini Ədalət Babayev düşünür ki, şəhərin mərkəzindəki yolların təmirinə ehtiyac yoxdur. Ədalət mərkəzdən uzaq Binəqədi qəsəbəsinin yollarının bərbadlığına görə yaşlı valideynlərinə ayda bir dəfə baş çəkə bildiyini də deyir:

Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.
Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.

“O yolları düzəltsinlər. Şəhərin mərkəzi onsuz da yaxşı idi, buranın təmirə ehtiyacı yox idi axı”.

Başqa bir Bakı sakini - Tahir Səlimov isə hesab edir ki, təmir bəhanədir:

“Məlum məsələdir də, təmirdən kütləvi pul yeyilir.Tək bu yollar deyil ki. Xırdalan yolunda keçiddə mərməri sökdülər ki, bunun rəngi başqa cürdür, başqa mərmər vurdular. Guya onun rəngi daha gözəl idi. Mənasız şəkildə pul xərclənir. Məncə, səbəbi büdcədən pul yeməkdir”.

Yolların təmiri haqqında yol keçənlərin, daha doğrusu qazıntıya görə keçə bilməyib yolun ətrafında fırlananların fikirləri belədir:

- Əgər bir problem yoxdursa, niyə sökürlər ki...
- Təmirə ehtiyacı olan o qədər yollar var ki... keçmək mümkün deyil. Həmin yollara baxsalar yaxşı olar.
- Şəhərə çoxlu qonaqlar gələcək, yəqin ona görə buraları bəzəyib-düzəyirlər.

Beton səki daşları mərmər səki daşları ilə əvəzlənir

Təmir olunan yollardan biri də Nəsimi rayonundakı Süleyman Rüstəm küçəsidir. Burda asfalt-beton örtüyü qaşınır. Beton səki daşları mərmər daşlarla əvəzlənir.

Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.
Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.

Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyev AzadlıqRadiosuna bildirib ki, yaxın günlərdə burda yeni asfalt-beton örtüyünün döşənməsinə başlanacaq.

Mətbuat katibi Avropa Oyunları ilə bağlı həyata keçirilən böyük yol layihələri və yolardakı təmir haqqında bunları deyir:

“Böyük Şor ətrafında işlərimiz gedir. Bağlantı-avtomobil yolları demək olar ki, çəkilib, artıq qurtarmaq ərəfəsindədir. Üzlük qatın vurulması qalıb. Orda iki tunel, iki yol ötürücüsü, bir piyada körpüsü, bir piyada tunelinin 90 % işləri görülüb. Avrobusların müvəqqəti dayanması üçün meydança inşa olunur.

Su Oyunları keçiriləcək arenaya bağlantı yaradan yollarıda işlərin çox hissəsi görülüb.

Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.
Bakı yollarının Avropa Oyunları üçün təkrar təmirindən görüntülər.

Stend Atıcılığına yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən Bakı Dairəvi-1-ə çıxış məqsədi ilə estakadanın tikintisi, Bakı istiqamətinə yol şəbəkəsinin yaxşılaşdırılması həyata keçirilir. Bu dəqiqə Dilarə Əliyeva, Nizami, Süleyman Rüstəm, Mikayıl Əliyev və şəhərin bir çox əraziləri var ki, biz həmin küçələrdə təmir işlərini yerinə yetiririk”.

Korrupsiyanın yemi

İqtisadçı ekspert Məhəmməd İmanlı deyir ki, hər bir ölkə möhtəşəm idman tədbirlırinin keçirilməsində maraqlıdır. Amma həmin ölkədə iqtisadi inkişaf, sosial rifah, idarəetmə səviyyəsi yüksək olmalıdır. İqtisadçı yolların bir neçə dəfə təmir olunmasında korrupsiya elementlərinin olduğunu deyir:

“Fərqi yoxdur, Neft Fondunun puludur, yoxsa dövlət büdcəsinin, dövlət vəsaitlərinin səmərəsiz, qeyri-şəffaf xərclənməsi korrupsiyanın yemidir. Əgər bu korrupsiya üçün əsas şərait yaradırsa, o deməkdir ki, həyata keçirilən bu layihələrin heç bir səmərəsi yoxdur. Bizdə hələ də bilmirlər ki, onuncu dərəcəli problem nə zaman həll edilməlidir, birinci dərəcəli vacib problemi nə vaxt həll edilməlidir”.

Yeni yolların mart-aprel aylarında başa çatdırılması planlaşdırırlır.

XS
SM
MD
LG