Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

275 manata nərdtaxta, 240 manata gəlincik...


275 manatlıq nərdtaxta və 240 manatlıq gəlincik
275 manatlıq nərdtaxta və 240 manatlıq gəlincik

-

Bakıda Yeni Bulvar ərazisindəki Avropa Oyunları mağazasında alıcılar çox olmasa da bura baş çəkənlər də az deyil.

Dmitri Mesnikov deyir ki, Bakıya Sankt-Peterburqdan gəlib. Əl işi olan nərdtaxtaya həvəslə baxır. Ürəyindən almaq da keçir. Ancaq qiyməti onu fikrindən daşındırır. Böyük ölçülü bu nərdtaxtanın qiyməti 275 manatdır. 50 manata kiçik ölçüdə olanı da var:

«Çox yaxşı nərdtaxtadır. Mən bu Şərq oyununu oynamağı bacarıram. Ona görə qiyməti ilə maraqlandım. Ancaq mənə görə bahadır».

13 MANATA T-SHİRT, AVROPA OYUNLARININ SİMVOLU 6 MANAT...

Bu mağazada milli gəlincik də turistləri cəlb edir. Onun da qiyməti alıcıları düşündürən məbləğdədir - 240 manat. Mağazanın ən bahalı əşyaları bunlardır.

Satıcılar deyir ki, mağazada daha çox üstünə «Bakı 2015» yazılmış T-Shirtlər, kepkalar, maskotlar satılır.

Elə alıcıların da çoxu mağazanın T-Shirtlər bölməsinin qarşısındaydı. 9-10 yaşlarında bir oğlan anasını T-Shirt və kepka almağa razı salmağa çalışırdı:

«Görmürsən, qonşudakı uşalqarının hamısının bundan varıdır».

Qadın isə «elə də ucuz deyil, onda kepka almayacağam» deyib, oğluna 13 manata T-Shirt alır.

20 MANATA CEYRAN VƏ NAR...

Kişilər və qadınlar üçün T-Shirtlərin qiyməti yaxalıqlı və yaxasız olmasına, üstündəki şəkillərin fərqliliyinə görə 15-12 manat, uşaqlar üçün 13-10 manatdır. Böyüklər üçün gödəkçələr 23 manat 50 qəpik, uşaqlar üçün 17 manatdır. Qadın əl çantası 5 manat, uşaqlar üçün bel çantası 16 manat, kepkalar və bandanalar 6 manatdır. Bloknot ölçüsünə görə 5-3 manat, fincan 6 manat, 6 ədədli armudu stəkan dəsti 25 manatdır.

Balacaları daha çox Bakı 2015-in maskotları olan Narla Ceyranın qarşısında görmək olur.

Onların qiyməti böyük və kiçik ölçüsünə görə 20-15 manatdır. Yastıq 10 manat, 3 ədədli kiçik dəsmal dəsti 14 manat, çimərlik dəsmalı 13 manatdır. Şərf nə az, nə çox 18 manatdır.

Azərbaycan və Bakı 2015 bayraqları isə 6 manata satılır.

MAĞAZADA ƏN UCUZ STİKERDİR, 3 MANAT...

Tələbə Akif Əliyev deyir ki, o bayraq almaq istəyrimiş.

«Ancaq görürəm ki, 6 manata satılır. Hansı ki, bu ölçüdə bayraq hər yerdə ən bahası 2 manata satılır».

Mağazada ən ucuz əşya 3 manata satılan stikerlərdir. Maqnit, açarlıq və yaxa nişanı 4 manat, 6 ədəd stəkan altlığı və corab 5 manatdır. Satıcılar deyir ki, alıcıları çoxdur, bir neçə gündür yerli alıcılara əcnəbilər də qoşulub. Əcnəbilər daha çox açarlıq, kepka, yerlilər isə T-Shirt, kepka alır.

Gənc oğlan isə bir özünə, bir də yanındakı qıza kepka alır. Kepkanı qızın başına qoyub deyir «bu da sənə ad günü hədiyyəsi».

XS
SM
MD
LG