Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

"Düz edib öldürüblər" deməyin!


Tural Şaxotaxtinski
Tural Şaxotaxtinski

- Düşünün, ölkənin müəllimindən, alimindən, ziyalısından, həkimindən belə, qorxmaq lazımdır.

Tural Şahtaxtinski

Hamımızı öldürəcəklər

Yazıya başlamaq mənim üçün həqiqətən çox çətin oldu, çünki yaşadığımız ölkədə insan həyatı o qədər ucuzlaşıb ki, ölüm adi hal alıb.

Bilmirsən hansı ölüm hadisəsindən yazasan və ya hansının səbəbini izah edəsən?! Dünən ölkədə bir jurnalist öldürülüb, kim tərəfindən öldürülməsi əsas deyil, əsas olan həmin jurnalistin ölüm səbəbidir.

Bundan əvvəl də ölkədə jurnalistin öldürülməsi, döyülməsi, daşlanması, həbs olunması halları çox olub. Hər kəsin bildiyi bir həqiqət var ki, bu jurnalistlər azad, müstəqil və vicdanlı insanlar olublar.

Bütün bu ölümlərin baş verməsi iki səbəbdəndir:

Cəmiyyətin susqunluğu və ya bu ölümlərə haqq qazandırması. Bir də hakimiyyətin öz xeyirinə olan hadisələr.

Cəmiyyətə maraqlı deyil bir jurnalist hansı səbəbdən həbs olunub və ya öldürülüb. Cəmiyyət sadəcə ölümü, həbsi normal qəbul edir. İkinci bir məsələ odur ki, cəmiyyət qanunu sevmir, hər hansı tənqid, təhqirə görə bir insanın öldürülməsi onlar üçün haqdır, qanundur.

İkinci ölüm hadisələri savadsız həkimlərin əlində olur ki, bunlar hamısı təhsil sistemində olan boşluqlardan və bütün təhsilimizi zəbt etmiş rüşvətdən irəli gəlir.

Məncə, burada artıq heç nə yazmağa ehtiyac yoxdur, məsələ hər kəsə aydındır.

Yaxında on beş yaşlı evli bir xanımın intihar xəbərini eşitdik, bu da cəmiyyətdə adi bir hal kimi qarşılandı. Zatən belə xəbərlər içtimailəşməsə də, demək olar ki, insanların hər gün eşitdiyi bir xəbərdir.

Bu məsələnin mentalitetdən irəli gələn tərəfidir ki, mentalitetə qul olmuş bir cəmiyyətdə belə ölümlərə haqq verilir. Bakirəlik, söyüş - ümumiyyətlə məişət mövzularına görə öldürmək, öldürülmək cəmiyyətimizi təşkil edən insanların haqq qazandırdığı hadisələrdir.

Çünki onlar dövlətin qanunlarını yox, öz qanunlarını sevirlər.

Əlbəttə, siz deyə bilərsiniz ki, belə hadisələr bütün ölkələrdə baş verir.

Deyəcəksiniz, amma heç bir sivil cəmiyyət üçün bunu subut edə bilməyəcəksiniz. Və ya hər hansı subutunuz sizə haqq qazandırmayacaq.

Amma baş varənlər onu göstərir ki, bu ölümlər bir gün susanlara, bu ölümlərə razı olanlara da gəlib çatır.

Çünki normal insanın təbiətində bu vəhşilikləri qəbul edəcək bir mövhum yoxdur.

Hər bir normal insan doğulduğu gündən azadlığı sevir və əgər biz hüquqi, qanuni bir dövlətdə yaşayırıqsa, heç kəsin söylədiyi əks bir fikir bu ölümlərə haqq qazandıra bilməz.

Belə hadisələrə susmağın nəticəsi ona gətirib çıxaracaq ki, biz hər birimiz öldürüləcəyik.

Amma birinci bu hadisələrə susmayan, qarşı çıxan insanlar öldürüləcək.

Çünki buna siz razı olursunuz, siz qanunu sevmirsiniz və qanunu sevməyən bir rejimlə əlbir olub bu hadislərə susursunuz.

Amma baş varənlər onu göstərir ki, bu ölümlər bir gün susanlara, bu ölümlərə razı olanlara da gəlib çatır.

Kim mental dəyərlərə görə onların anasının, bacısının, qohumunun, özünün ölməyəcəyinə təminat verə bilər?!

Kim deyə bilər ki, bir gün savadsız bir həkimin əlləri altında ölməyəcək?!

Kim deyə bilər ki, bir gün ona qarşı olan haqsızlıqlara boyun əymədiyi üçün həbs olunmayacaq, döyülməyəcək və ya öldürülməyəcək?!..

Əmin olun ki, belə cəmiyyətlərdə hər kəsin ölüm təhlükəsi var, hər kəs ölümün bir addımlığında yaşayır.

Düşünün, ölkənin müəllimindən, alimindən, ziyalısından, həkimindən belə, qorxmaq lazımdır!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG