Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:18

"Oğlum türməyə aslan kimi girib, aslan kimi də çıxacaq"


Elvin Abdullayev
Elvin Abdullayev

►Hökm qüvvədə saxlandı

"Mənim oğlum həbsxanaya aslanlar kimi girib, elə aslanlar kimi də çıxacaq, əqidəsindən dönməyəcək. Elvin bizim başucalığımızdır. Saxta ittihamla onu həbsxanaya atanlar, gəncliyini əlindən alanlar utansın..."

Bunu AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası oğlu barədə çıxarılan məhkəmə qərarından sonra açıqlamasında dedi.

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində gənc fəalın apellyasiya şikayətinə baxıldı. Abid Abdinbəyovun sədrliyilə keçirilən məhkəmə iclasında Elvin Abdullayevin özü də iştirak edirdi.

Buna da bax: Ermənilər Putini ruslardan çox sevirmiş​

“NARKOTİKİ HARASA ATA BİLƏRDİ”

Vəkili Əli Mehdiyev çıxış edərək, Elvin Abdullayevə bəraət verilməsini istədi. Elvinin günahsız olduğunu, narkotik maddəylə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını deyən vəkil onun "Facebook" səhifəsində hökumətə qarşı tənqidi status yazdığına görə şərlənərək həbs edildiyini vurğuladı. Müdafiəçi qeyd etdi ki, Elvin Abdullayev təhsil aldığı universitetdən çıxıb gələrkən saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinə aparılıb, orada səkkiz saat saxlanılıb:

"Bu müddətdə o, orada yemək yeyib, hətta imkan tapıb əlindəki qandalın şəklini çəkib, "Facebook"a yerləşdirib. Adam bunu eləyə bilibsə, deməli, cibində narkotik olsaydı, onu da harasa ata, yox eləyə bilərdi. Elvin Abdullayevin üzərindən aşkarlandığı iddia olunan narkotikin ona heç bir aidiyyəti yoxdur. Onun təqsirini sübut edən heç bir fakt yoxdur".

Vəkil eyni zamanda, Elvin Abdullayev barədə qərar çıxarılarkən onun gənc və tələbə olmasının, səhhətindəki problemlərin nəzərə alınmasını istədi.

Elvin Abdullayev də vəkilinin çıxışı ilə razı olduğunu bildirdi.

Bir neçə dəqiqəlik müşavirədən sonra məhkəmənin qərarı elan olundu. Qərara əsasən, apellyasiya şikayəti təmin edilmədi və Bakı Ağır Cinayətlər Məhkəməsinin Elvin Abdullayevin 6 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanıldı.

Buna da bax: "Azadlıq" qəzeti 26 yaşında... ağır vəziyyətdə

HƏDƏF AVROPA MƏHKƏMƏSİNƏ ÇIXMAQDIR

Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva bildirdi ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Hədəf isə bu işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaqdır:

"Azərbaycanda məhkəmələrin vəziyyəti hamıya məlumdur. Ona görə Ali Məhkəmənin ədalətli qərar çıxaracağına ümidimiz yoxdur. Sadəcə, Avropa Məhkəməsinə gedib çıxmaq üçün bütün yerli məhkəmə instansiyalarını keçmək vacibdir. Ona görə Ali Məhkəməni də keçməyə məcburuq".

Zülfiyyə Abdullayeva onu da qeyd etdi ki, yaxın vaxtlarda həbsxanada Elvin cərrahiyyə əməliyyatı olunacaq.

Pedaqoji Universitetin tarix fakültəsinin ikinci kurs tələbəsi olan Elvin Abdullayev 2015-ci ilin yanvarında həbs olunub. Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan gənc fəal iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG