Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:20

Ermənistan müxalifəti küçələrə çıxdı


Ermənistan müxalifəti anım mərasimində. 1 mart 2016
Ermənistan müxalifəti anım mərasimində. 1 mart 2016

►"Cəzasızlıq cinayətlərin davam etməsinə yol açır"

Ermənistan müxalifəti Yerevanın mərkəzi küçələrində yürüş keçirərək 2008-ci ilin 1 mart hadisələrinin qurbanlarını yad edib.

Bundan əvvəl müxalif qüvvələr birgə bəyanatla çıxış edərək bildirmişdilər ki, cinayətin gizlədilməsi hökmən onun təkrarlanmasına gətirib çıxarır.

"Biz 2008-ci ilin 1 mart cinayətlərinin təşkilatçıları, icraçıları və sifarişçilərinin cəzalanması üçün ardıcıl mübarizə aparacağıq," - deyə onlar bildiriblər.

Bəyanatda həmçinin xatırladılır ki, "1 mart 2008-ci il tarixində erməni xalqının tarixində görünməmiş hadisə, dinc nümayişçilərin hökumət tərəfindən güllələnməsi baş verib... Üstündən səkkiz il keçsə də, Ermənistan cəmiyyətinin və beynəlxalq təşkilatların ardıcıl tələblərinə baxmayaraq bu cinayətlərə görə heç kəs məsuliyyətə cəlb olunmayıb və cəzalanmayıb."

2008-ci il, 1 mart, Yerevan

Müxalifət qüvvələri qeyd edirlər ki, bu hadisələr seçkilərin saxtalaşdırılmasının nəticəsi idi. Onlar əlavə ediblər ki, 2015-ci ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendumunun saxtalaşdırılması və onun ardınca baş vermiş aksiyaların iştirakçılarına göstərilən təzyiqlər də "hakimiyyərin 1 mart hadisələrinin məntiqiylə hərəkət etməyə davam etməsini bir daha təsdiq edib."

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkilərində o zamankı baş nazir Serj Sarqsyanın qələbə qazandığı rəsmən elan oliunsa da, müxalifətin bəyanatlarında, əslində, Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın seçildiyi bildirilirdi. Ter-Petrosyanın minlərlə tərəfdarı Yerevanın Azadlıq meydanında on gün ərzində sutka boyu davam edən aksiyalar keçirmişdilər. Onların tələbi Ter-Petrosyanın qələbəsinin tanınması idi.

2008-ci il martın 1-də hüquq-mühafizə orqanları əməliyyat keçirərək nümayişçiləri Azadlıq meydanından qovmağa nail oldu. Əməliyyat zamanı 8 nümayişçi və hüquq-mühafizə orqanlarının 2 əməkdaşı həyatını itirdi.

Konstitusiyaya zidd olsa da, bu əməliyyatlara ordu da cəlb edilmişdi.

XS
SM
MD
LG