Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

'Polis dedi, qonşular hasarın dibində kartof bişirmək istəyiblər'


Arxiv fotosu.
Arxiv fotosu.

“Hasarımı dağıdıblar, evimi yandırmaq istəyiblər, mən də polisə müraciət etmişəm. Guya araşdırma aparıblar, bu gün də mənə qərar göndəriblər ki, şikayətim sübuta yetirilmədiyi üçün cinayət işinə xitam verilib”.

Yasamal rayonu, Şəfahət Mehdiyev küçəsi, ev 45-də yaşayan Elman Əlinağıyevin şikayəti Yasamal polisindəndir.

Buna da bax:​ Gədəbəyin Meşə idarəsində baş verənlər

“GECƏ AYILDIQ Kİ, HASARIMIZI UÇURDURLAR”

Elman Əlinağıyev AzadlıqRadiosu-na danışır ki, 3 ay öncə elə həmin ünvandakı həyətin hasarını dağıdıb, mənzilini isə yandırmağa cəhd ediblər:

“2004-cü ildən həmin ünvandan bağ evi kimi istifadə edirəm. Özüm də, həyat yoldaşım da əlilik. Bəzi qonşular vəziyyətimizdən istifadə edib evi əlimizdən almağa çalışırlar. 3 ay əvvəl gecəyarı səsə yuxudan ayılanda gördük ki, hasarımızı uçurdurlar. Həyətdə də alov qalamışdılar. Ev-eşiyi, həyət-bacanı yandırmaq istəyirdilər. Mən dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum. Gecəylə polis əməkdaşları gəldi. Səhər isə məni və qonşuları 27-ci polis bölməsinə çağırdılar, məndən ərizə və izahat, qonşulardan izahat alındı”.

Buna da bax:​ Sumqayıtda 3 milyon manat 'həbsxana'ya düşüb

E. Əlinağıyevin deməsinə görə, əvvəl polis məsələni ciddi araşdırırmış. Ancaq sonradan polisdə həvəssizlik yaranıb. Elman Əlinağıyev də bunu qarşı tərəfin polisə “görüm-baxım” etməsi ilə əlaqələndirir:

“Müstəntiq deyir, qonşular hasarın dibində kartof bişirmək istəyiblər, ocağı da ona görə qalayıblar. Yəni bu qədər gülməli... Gecəyarı qonşu mənim həyətimdə niyə ocaq qalayıb kartof bişirsin ki... Heç olmasa, elə söz danışsın ki, gülməli çıxmasın. Bu, artıq vətəndaşı axmaq yerinə qoymaqdan da o tərəfədir. Bunun adı yoxdur”.

Buna da bax:​ Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'

İŞƏ XİTAM VERİLİB

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən “Qaynar xətt”ə bildirilib ki, Elman Əlinağıyevin “102” xidmətinə şikayəti araşdırılıb, tərəflərin izahatları alınıb, toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq orada davam edib. İdarədənsə deyilənə görə, iş araşdırılarkən Elman Əlinağıyevin məsələni şişirtdiyi üzə çıxıb. Onun şikayəti sübuta yetirilməyib və işə xitam verilib.

E. Əlinağıyev xitam qərarı ilə razılaşmır. Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaş 15 gün ərzində bu qərardan ərazi üzrə prokurorluğa müraciət edə bilər:

Buna da bax: 'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı

“Qərarın surətini aldığı gündən 15 iş günü ərzində Yasamal rayon Prokurorluğuna, ya da Yasamal rayon Məhkəməsinə müraciət edə bilər”.

Hüquqşünasın deməsinə görə, prokurorluq, ya məhkəmə xitam qərarının ləğvi üçün əsas görsə, qərarı ləğv edib polisdə istintaqın təzələnməsi ilə bağlı qərar çıxara bilər.

XS
SM
MD
LG