Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Büdcə niyə daha çox ilin sonunda xərclənir?


Büdcə. Karikatura. Gündüz Ağayev.
Büdcə. Karikatura. Gündüz Ağayev.

Hökumətin büdcə xərcləmələrini aybaay araşdıranda, ortaya suallar çıxır. İlin son iki-üç ayında, özəlliklə dekabrda xərcləmələr orta aylıq xərcləmələrdən bir neçə dəfə çox olur.

Ötənilki büdcə xərclərinin 21.5 faizi dekabra, 40.1 faizi sonuncu rübə düşür. Təkcə dekabrda büdcədən ölkə iqtisadiyyatına 3.8 milyard manat yönəldilib. Oktyabr-dekabr aylarında büdcə xərcləmələri 7.1 milyard manat olub.

Beləcə, sual doğur: Büdcəni xərcləmək hökumətin yadına niyə ilin sonunda düşür? Başqa sözlə, hökumət nədən məhz ilin sonunda “ayılır”?

Buna da bax:​ Hökumət ilin sonunda 'ayılıb'

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ilin sonunda büdcə vəsaitləri daha çox silinir, xərclənmir: “Çünki növbəti ildən büdcə sıfırlanır”.

“Mənimsəmə kimi izah etmək olar”

Onun fikrincə, aylar arasında proporsionallıq subyektiv səbəblərdən daha çox pozulur: “Tarazlığı pozan, əsasən, investisiya xərcləridir. İl ərzində bu xərclər resurslara uyğun xərclənir və nəticədə, ilin sonunda investisiya xərc maddələri üzrə böyük qalıq qalır. Bir variant bu qalığı gələn ilə keçirməkdir. Bu halda həmin vəsait yenidən bölüşdürüləcəyindən, icraçı təşkilat həmin vəsaiti yenidən almaya bilər. Ona görə də icraçı qurumlar ilin sonuna olan qalığı xərcləyib qurtarmağa çalışırlar”.

Buna da bax: 'Belə hökumətlə böhranı durdurmaq mümkün deyil'

Ekspert daha çox investisiya xərcləmələrində mənimsəmə olduğunu düşünür: “Bu da, əsasən, ilin sonuna, özəlliklə dekabr ayına təsadüf edir. Xərcləmənin daha çox dekabr ayına düşməsini mənimsəmə kimi izah etmək olar”.

Q.İbadoğlu bəzi obyektiv səbəblərə də diqqət çəkir: “İlboyu iqtisadi xərc maddələri dəyişdirilir və büdcə orqanları onları razılaşdırmaq üçün Maliyyə Nazirliyinə müraciət edir. Nazirliksə belə müraciətləri daha çox ilin sonuna yaxın cavablandırır. Bu halda büdcə orqanlarının ilboyu xərclədikləri ilin sonunda rəsmiləşdirilir”.

Buna da bax: 'Bizdə 20, o boyda Almaniyada 14-15 nazirlik var' [video]

“Tək səbəbi var”

İqtisadçı ekspert Rövşən Ağayevsə büdcənin aylar və rüblər üzrə bu cür qeyri-proporsional bölgüsünün bir səbəbdən qaynaqlandığını düşünür: “Qanunvericilik aylıq və rüblük büdcə proqnozlarının öncədən açıqlanmasını tələb etmir”.

O bildirir ki, rüb başlarkən, Maliyyə Nazirliyi, əslində, büdcənin rüblük parametrlərini həm xərc istiqamətləri, həm də tədiyə növləri üzrə ictimailəşdirməlidir: “Bu, büdcənin icrasına parlament nəzarəti və ictimai nəzarət baxımından da çox vacibdir”.

Buna da bax:​ Azərbaycan minimum əməkhaqqında regionun ən gerisindədir

Rüblər üzrə limitləşdirilmə

R.Ağayevin fikrincə, digər metod - büdcə xərclərinin rüblər üzrə limitləşdirilməsidir: “Bu zaman rüblər üzrə büdcə ayırmalarına maksimum limitlər müəyyənləşdirilir və bu hədlərə uyğun maliyyələşdirməyə qərar verilir. Büdcədə artıqlıq yaranarsa, büdcə xərcləri yeni maliyyə ilinin ümumi büdcəsinin gəlirlər hissəsinə daxil edilir. Məsələn, hansısa nazirliyə ayrılan büdcədə xərclənməmiş vəsait qalırsa, o zaman bu vəsait növbəti ilin büdcəsində həmin qurumun deyil, bütövlükdə büdcənin gəlirlər hissəsinə aid olunur”.

Büdcə gəlirləri və xərcləri

2016 (gəlirlər bölgüsü)

milyon manatla

2016 (xərclər bölgüsü)

milyon manatla

Aylıq xərcləmələr

(milyon manatla)

Yanvar

1349.6

516.4

0

Fevral

2382.5

1345.9

829.5

Marta

3678.5

2623.4

1277.5

Aprel

4713.6

3999.8

1376.4

May

5453.9

5316.1

1316.3

İyun

6133.8

6821.5

1505.4

İyul

7007.5

8193.5

1372

Avqust

8281.5

9348.5

1155

Sentyabr

10103.1

10622.2

1273.7

Oktyabr

12103.9

12468.2

1846

Noyabr

12965.5

13927.4

1459.2

Dekabr

17501.2

17742.4

3 milyard
815 milyon

XS
SM
MD
LG