Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

Saxta COVİD pasportu almağın ziyanları…


Fransada COVİD-19 sənədi
Fransada COVİD-19 sənədi

Oktyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi bir qədər yumşaldılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

Bundan başqa istirahət, əyləncə məkanları, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektləri (konsert zalları daxil), konfrans zalları, kinoteatrlar və teatrlar da fəaliyyət göstərməlidir.

Qərar ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması ilə izah edilir.
Buna qədər isə məktəblər də mərhələlərlə açılmağa başlanıb. Həmin yerlərə getməkdə COVID-19 pasportunun (peyvənd olunmaqla bağlı) olması isə şərtdir.

Lakin hüquq mühafizə orqanları da az qala hər gün saxta peyvənd vurulmasına görə, həbs edilənlərin olduğunu bildirir. Belə olan halda bəzi ekspertlər də düşünürlər ki, saxta COVİD pasport sahibləri də açıq fəaliyyətləri ilə yoluxmanın azalmasına mane ola bilərlər

Hətta, bu halların ciddi fəsadlar törədə biləcəyini düşünənlər də var. Onlar hesab edirlər ki, saxta COVİD pasportu alanlar tək öz canlarını yox, təmasda olduqları başqa insanları da təhlükəyə ata bilərlər.

«Azərbaycanda hazırda xəstəliyin azalması müşahidə olunur”

Məlahət İbrahimqızı, 2018
Məlahət İbrahimqızı, 2018

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan” İnformasiya Agentliyinə bildirib ki, Operativ Qərargahın qərarını dəstəkləyir:

«Azərbaycanda hazırda xəstəliyin azalması müşahidə olunur. Ümumiyyətlə digər ölkələrlə müqayisə edəndə bizdə bu COVİD dalğası nisbətən yüngül keçdi. Bunu, yoluxub sağalanların sayını və ölkədə peyvəndlənmə dərəcəsini nəzərə alanda karantin qaydaların yumşaldılmasına ehtiyac var».

“Hüquq-mühafizə orqanları araşdırıb tapırlar»

Komitə üzvü qeyd edir ki, nəyinki Azərbaycanda, digər ölkələrdə də saxta COVİD pasportları yayılıb:

« Hər yerdə belə insanlar var. Azərbaycanda isə saxta pasport alan və verən şəxsləri hüquq-mühafizə orqanları araşdırıb tapırlar».

Onun fikrincə, koronavirusla mübarizədə böyük nailiyyətlər var və belə olan halda insanları sosial həyatdan təcrid etmək olmaz.

«Düşünürəm ki, karantin qaydaların yumşaldılması ciddi problem yaratmaz ”

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də hesab edir ki, karanrin qaydaları uzun aylar davam edə bilmir:

«Düşünürəm ki, karantin qaydaların yumşaldılması ciddi problem yaratmaz. Məktəblərin açılması ilə bağlı çoxlu sıxlıq yaranır, amma təhsili də dayandırmaq olmaz. Yumşalma olmalı idi, amma situasiya da nəzarətdə olmalıdır. Yoluxma sayı artsa yenidən sərtləşdirmə qaçılmaz ola bilər».

Bu mövzuda Azadlıq Rdiosuna danışan bəzi ekspertlər də hesab edirlər ki, fəsadların baş verməməsindən ötrü saxta pasportların verilməsi ilə mübarizə daha kəskin hal almalıdır.

Covid xəstəsi küçəyə çıxsa hansı cəza alar?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Bu fikirə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir. Bu müddət ərazində rejim yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilib, sonra da yumşaldılıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd vurulmasına bu il yanvarın 18-dən start verilib. Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 4,6 milyon, ikinci mərhələdə isə 3,5 milyondan çox şəxsin peyvənd edildiyi bildirilib. Azərbaycanın 10 milyon əhalisi var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda sentyabrın 25-nə kimi ümumilikdə 478 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6415-nin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG