Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:44

Rusiya nüvə silahına əl atsa ABŞ-ın cavabı nə olacaq? - Qərb mediası


Reuters agentliyinin təhlil yazısında bu kimi suallara cavablar axtarılıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Rusiya prezidenti Vladimir Putinin nüvə hədələrinə ciddi yanaşılmalıdır, lakin beynəlxalq birlik bunun onu çəkindirməyəcəyinə dair aydın mesaj verməlidir:

"Bu ilk dəfə deyildir ki, Putin belə hədələri dilə gətirir, bunlar məsuliyyətsiz bəyanatlardır, amma biz bunu çox ciddi qəbul etməliyik”.

Reuters agentliyi yazır ki, daha sonra xanım Berbok Varşavaya səfəri əsnasında bunları deyib:

"Biz bu qəddar təcavüzün 200 günü ərzində görmüşük ki, bu həm də bizi şantaj etmək cəhdidir”.

Bəs dünyanın ən böyük nüvə dövlətinə başçılıq edən Putin nüvə silahına əl ata bilərmi? Onun nə qədər nüvə silahı var və hədə reallaşdırılarsa Moskvaya verilən cavab nə olacaq?

Reuters agentliyinin təhlil yazısında bu kimi suallara cavablar axtarılıb.

Putin nüvə silahına doğru gedirmi?

Reuters yazır ki, burada əsas məsələ onun Rusiya dövlətinə və öz hakimiyyətinə təhlükəni necə qavramasıdır.

Putin bildirib ki, Ukraynadakı müharibə əslində Rusiya ilə Qərb arasında “ölüm-dirim” mübarizəsidir.

Onun sözlərinə görə Qərb Rusiyanı məhv edərək, onun nəhəng təbii sərvətlərini qəsb etmək istəyir.

Reuters yazr ki, bəzi təhlilçilər Putinin blef etdiyini deyirlərsə də, Vaşinqton Putinin hədələrini ciddi qəbul edir.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Şərhçilər bildirirlər ki, Ukrayna ərzisinin 18 faizini işğal etməsi Putinə nüvə silahından məhz bu ərazidə istifadə etmək imkanı verir.

Reuters yazır ki, Rusiyanın hərbi doktrinası onun varlığına təhlükə yaranarsa, hətta adi silahlarla hücuma da nüvə silahı ilə cavab verməyi nəzərdə tutur.

Praqada mənzillənmiş hərbi təhlilçi Yuri Fyodorov deyib:

"O hazırda blef edir. Amma bir həftə və ya bir aydan sonra, o müharibəni uduzduğunu başa düşəndən sonra nə olacağını demək çətindir”.

CBS-nin “Putin nüvə hücumuna doğru gedirmi” sualına MKİ-nin direktoru Uilyam Börns deyib ki, “bu sayaq hədələrə ciddi yanaşmaq lazımdır”.

Lakin Börns əlavə edib ki, ABŞ kəşfiyyatının ixtiyarında Putinin taktiki nüvə silahından istifadə etmək niyyətinə dair “praktik sübutlar” yoxdur.

Hansı nüvə silahları?

İndiyədək heç bir Rusiya rəsmisi Birləşmiş Ştatlarda, Rusiyada, Avropa və Asiyada şəhərləri dağıdacaq strateji nüvə silahlarının adını çəkməyib.

Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib ki, Moskva Ukraynada aşağı gücə malik taktiki nüvə silahından istifadə etməlidir.

Taktiki nüvə silahlarından adətən döyüş meydanlarında “taktiki” məqsədlərlə istifadə edilir.

Bunlar Moskva, Vaşinqton və London kimi şəhərləri dağıda biləcək strateji bombalardan daha az gücə malikdir.

Belə silahlar təyyarələrdən bombalar, yerdən, sualtı qayıqlardan və gəmilərdən raketlərlə atıla bilər.

Reuters yazır ki, Rusiyanın ixtisaslaşmış və təlim görmüş xüsusi nüvə qüvvələri olsa da, onların, xüsusilə də könüllü, muzdlu və yeni səfərbər qüvvələrin belə apokaliptik döyüş meydanında necə hərəkət edəcəyi məlum deyil.

ABŞ nə edəcək?

Qlobal supergüc kimi Birləşmiş Ştatlar Rusiyanın hər hansı nüvə zərbəsinə cavab vermək iqtidarındadır.

Rusiya və ABŞ bütün dünyanın nüvə başlıqlarının 90 faizinə sahibdir. Bu iki ölkə nüvə cəbbəxanalarını Soyuq Müharibə illərində inkişaf etdiriblər.

Reuters yazır ki, ABŞ prezidenti Co Baydenin cavab variantına nüvə zərbəsinə adi silahlarla reaksiya da daxildir. Belə bir hal ABŞ və Rusiya arasında birbaşa müharibə olardı.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın dediyinə görə Vaşinqton Moskvaya nüvə silahından istifadə etməsinin spesifik “fəlakətli nəticələri” barədə xəbərdarlıq edib.

Təqaüddə olan general və MKİ-nin keçmiş direktoru Deyvid Petraus deyib ki, Moskva əgər nüvə silahına əl atsa, ABŞ və NATO müttəfiqləri Rusiyanın Ukraynadakı hərbi texnikasını, canlı qüvvəsini, habelə bütün Qara dəniz donanmasını məhv edə bilər.

Kimin nüvə silahı çoxdur

Rusiya nüvə başlıqlarının sayına görə dünyanın ən böyük nüvə dövlətdir.

Amerika Alimləri Federasiyasının məlumatına görə Rusiyanın 5977, ABŞ-ın 5428 nüvə başlığı var.

Bu rəqəmlərə anbarlanmış və istifadədən çıxarılmış nüvə başlıqları da daxildir.

Rusiyanın yerləşdirilmiş və ya atışa hazır 1458 starteji nüvə başlığı var. ABŞ üçün bu rəqəm 1389-dur.

Bu nüvə başlıqları sualtı gəmilərdə və təyyarələrdə yerləşdirilmiş qitələrarası nüvə raketlərindədir.

Lakin taktiki nüvə silahına gəldikdə Rusiyanın belə silahı ABŞ-dakından 10 dəfə çoxdur.

ABŞ-ın 200 taktiki nüvə silahlarının yarısı Avropadakı bazalarda yerləşdirilib.

ABŞ-ın taktiki nüvə silahlarının gücü 0.3 kilotondan 170 kilotonadək dəyişdirilə bilər.

Hirosimaya atılmış bombanın gücü 15 kiloton idi.

XS
SM
MD
LG