Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

azadliq.org saytına giriş çətinləşib


Foto illüstrasiya
Foto illüstrasiya

Dünən martın 27-dən etibarən azadliq.org və azadliq.info saytlarına giriş yenidən çətinləşib.

Problemin nədən yarandığını müəyyən etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik.

Nazirliyin mətbuat xidmətindən məsələ ilə bağlı geniş izahat vermədilər. Mətbuat xidmətindən bildiriblər ki, əvvəllər də onlara sözügedən saytların bloklanması ilə bağlı məlumatlar daxil olub, ancaq sonradan bu məlumatlar təsdiqini tapmayıb: «Bizdə hansısa saytların bloklanması haqda məlumat yoxdur. Xəbərlər yayırlar ki, hansısa saytlar bloklanıb, giriş mümkün deyil. Üstündən yarım saat, bir saat keçir, növbəti xəbər yayırlar ki, problem aradan qalxıb. Yəni, saytların bloklanması ilə bağlı xəbərlər təsdiqini tapmır».

***Buna da bax-Azərbaycanda bəzi saytlara giriş niyə əngəllidir?

Nazirlikdən bildiriblər ki, gün ərzində bu məsələ ilə bağlı daha geniş açıqlama verəcəklər.

Ölkə xaricində isə bu saytlara girişdə problem yoxdur. Ötən ilin sonlarında da oxşar problemlər meydana çıxmışdı.

Media eksperti saytlara girişin çətinləşməsini dəyərləndirib

Media eksperti Ələsgər Məmmədli azadliq.orq və azadliq.info saytlarına girişin çətinləşməsini dəyərləndirib.

O, ehtimal edir ki, hazırkı şəraitdə bəzi saytlara girişin çətinləşməsi hansısa provayderlə bağlı deyil: «Əgər belə olsaydı, ümumiyyətlə, saytlara giriş mümkün olmazdı. Amma bəzən hansısa səbəblərdən DDOS hücumlar təşkil edilir. Nəticədə sayta daxil olmaq bir günlük və ya bir müddətə çətinləşir. Əlbəttə, bu da süni yaradılır. Belə ki, sayta çoxsaylı oxucu tələbi yönəldilir. Sayta daxil ola bilirsən, amma istifadə mümkünsüz olur».

XS
SM
MD
LG