Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Krediti qaytara bilməyən nələrini itirə bilər


Karikatura
Karikatura

► “Azərbaycanda həyat sığortası yoxdur”

“Təqaüdçüyəm, bankdan 40 min lirə kredit götürmüşəm. Əgər başıma bir şey gəlsə, kreditimi sığorta şirkəti bağlayacaq, təqaüdüm xanımıma keçəcək. Yəni bu təqaüdə toxuna bilməzlər”.

Bunu Türkiyə vətəndaşı Hakkı Erduranlı AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, ölkə qanunları bir müştəri kimi onun bəzi hüquqlarını qoruyur:

“Hətta bu yaxınlarda Ali Məhkəmə evi girov qoyulmuş borclu ilə bağlı belə bir qərar çıxardı – ailənin yeganə mülkünün girovluğa qəbul edilməsini qanunsuz saydı”.

Azərbaycanlı müəllim Heydər Novruzov isə bir müddət öncə AzadlıqRadiosuna deyirdi ki, kredit ödəyə bilmədiyinə görə 150 manatlıq maaşının 50 faizi məhkəmə yolu ilə tutulur.

Kreditini qaytara bilmədikdə müştəri nələrini itirə bilər? Onun götürdüyü kredit sığortalanırmı?

“Kredit sığortalanarsa, faiz dərəcəsi artacaq”

“Beynəlxalq Bank”ın adının çəkilməsini istəməyən bir əməkdaşı AzadlıqRadiosuna müsahibəsində deyir ki, bütün kreditlər sığortalanmır, çünki bu zaman faiz dərəcəsi arta bilər:

“Təbii ki, kredit borcunun qaytarılmaması ilə bağlı riskin sığortalanması əslində hər iki tərəf – həm bank, həm də krediti əldə edən şəxsin riskini azaldır. Sığorta isə, təbii ki, öz növbəsində pulların banka qayıtmasına təminat verir”.

“Müştəri kreditə özü cavabdehdirsə, həyatı sığortalanmalıdır”

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı vurğulayır ki, Azərbaycanda yalnız ipoteka kreditləri həyat sığortasına cəlb olunur:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Əgər müştəri götürdüyü sığorta müqabilində girov qoymayıb, yaxud kimsə ona zamin durmayıbsa, kreditin qaytarılmasına özü, öz əmək haqqı ilə məsuliyyət daşıyırsa, banklar onun əmək qabiliyyətini, həyatını, sağlamlığını sığortalamalıdırlar. Banklar isə buna getməyiblər. Banklar indiyə kimi risk ölçüsünü aparmadan krediti paylayıblar. Manatın devalvasiyasından sonra kredit götürən şəxslər arasında qazancı azalan, işdən çıxanlar çox olub. Sığorta kreditin geri qaytarılmasında təminatın bir növüdür, hər şeyi sığortaya da bağlamaq olmaz”.

Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Xəyal Məmmədxanlı Azərbaycanda həyat sığortasının geniş yayılmadığını söyləyir, yalnız bir neçə bank ondan kredit götürən müştərinin həyat sığortasını məcburi elətdirir:

“Həyat sığortasından ötrü əhalinin qazancının sabit və normal olması, yaşayış minimumu vacibdir. İndiki ağır vəziyyətdə onsuz da vətəndaşlar sığortaya artıq xərc kimi baxırlar”.

“Məhkəmələr yaşayış minimumuna fikir vermirlər”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov diqqəti vacib bir məqama yönəldir: Azərbaycanda əksər kreditlər sığortalanmadığından götürülən vəsaitin qaytarılmaması problemi yarananda məhkəmə yolu ilə ödəmə borclunun maaşına və ya əmlakına yönəldilir:

“İstənilən borc, – müştəri ölüb, ya sağ qalıbsa, dəxli yoxdur, – onun əmlakı hesabına qaytarılır. İnkişaf etmiş ölkələrdə müştəri işini itiribsə, maliyyə imkanları tükənibsə, özünü müflis elan edir. Azərbaycanda belə bir qanun yoxdur”.

Əkrəm Həsənov vurğulayır ki, əslində məhkəmələr kredit mübahisələrində humanist mövqedən çıxış etməlidirlər, Azərbaycanda isə bunun əksi baş verir. Onun sözlərinə görə, vətəndaşın maaşının 50 faizi tutula bilər, ancaq bu zaman yaşayış minimumuna diqqət yetirilməlidir:

Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

“Vətəndaşın himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Böyüklər üçün yaşayış minimumu 146 manat, uşaqlar üçün 117 manatdır. 5 nəfərlik ailədə, deyək ki, işləyən təkcə atadır, onların birgə yaşayış minimum 643 manatdır. Əgər atanın maaşı 500 manatdırsa, bu zaman onun gəlirindən borc tutula bilməz”.

Hüquqşünas deyir ki, bankdan kredit götürülübsə, geri qaytarılmalıdır, ancaq bu, müştərinin var-yoxdan çıxması hesabına olmamalıdır.

“Bütün kreditlər həyat sığortasına cəlb edilir”

Türkiyəli vəkil Memet Yeşilyurt AzadlıqRadiosuna deyir ki, Türkiyədə kredit alan şəxslər işlərini itirdikdə, onları qoruyan qanun yoxdur. Bununla belə, qanun borca görə şəxslərin təqaüdünə müdaxilə etməyə və ya yaşadığı evi əlindən almağa imkan vermir. Vəkil deyir ki, bütün kreditlər həyat sığortasına cəlb edilir:

"Müştəri vəfat edərsə, onun borcunu sığorta şirkəti ödəyir və ailə üzvlərinin heç bir borc öhdəliyi yaranmır".

Buna da bax: Bakının girəcəyində süni təpəciklər sökülür- [Fotolar]

XS
SM
MD
LG