Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

Müəllimə: "Direktorun maliyyə pozuntularını tapmışam"


Sevinj Gurbanova
Sevinj Gurbanova

►"Məktəb direktoru ilə təhsil şöbəsi birləşərək məni işdən çıxarıblar."

Sevinc Qurbanova Bərdə rayonu, Qarağacı kəndi, Məmməd Məmmədov adına tam orta məktəbində dil-ədəbiyyat müəllimi və məktəb direktorunun tərbiyə işləri üzrə müavini işləyib. 3 il olacaq ki, işdən çıxarılıb. Özü deyir, məktəb direktoru ilə təhsil şöbəsinin müdiri birləşərək onu qərəzli şəkildə işdən çıxarıblar:

MƏHKƏMƏNİ UDUB, AMMA...

“Əvvəllər başqa məktəbdə müəllimə işləmişəm. Ancaq yaşayış yerimi dəyişməklə əlaqədar 2013-cü ilin sentyabrında bu məktəbə işə götürülmüşəm. Məktəbdəki qanunsuzluqlar, maliyyə pozuntuları diqqətimi çəkib və buna qarşı çıxmışam. Özüm araşdırma aparmışam, maliyyə yoxlaması keçirmişəm. Məktəb direktorunun maliyyə pozuntularını üzə çıxarmışam. Bundan sonra direktor və təhsil şöbəsinin müdiri mənimlə qərəzli davranmağa başlayıblar. İştirakım olmadan məktəb həmkarlar təşkilatının üzvlərinin qapalı iclasını keçiriblər. Məni Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarıblar”.

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

2013-cü ilin aprelində işdən çıxarılan müəllimə də sakit oturmayıb. Məhkəmədə işə bərpaya dair iddia qaldırıb. Deyir, müəllimlər məhkəmədə məktəbdəki mövcud durumu deməyə çəkiniblər, öz dili ilə desək, direktoru və təhsil şöbəsinin müdirini məhkəməyə verən müəllim həmkarlarının arxasından qaçıblar:

“Yalnız bir müəllim mənim tərəfimə danışdi”

Bununla belə Sevinc Qurbanova məhkəməni udub. Həmin ilin iyulunda məhkəmə onun xeyrinə qətnamə çıxarıb. Sevinc Qurbanovanın işinə bərpa olunması öhdəliyi təhsil şöbəsi ilə məktəb direktorunun üzərinə qoyulub. Məktəb direktoru Taliyə Nəcəfovanın qətnamədən verdiyi apellyasiya şikayəti isə həmin ilin noyabrında təmin olunmayıb. Beləliklə, hər iki qərarla müəllimə çoxdan məktəbdəki işinə bərpa olunmalıymış. Ancaq görün, sonra nə baş verib:

“3 AZYAŞLI BALAMI ÇÖRƏKSİZ QOYUBLAR”

“Məhkəmə qərarlarından sonra 1 il rayon icra məmurlarının dalıyca düşdüm ki, qərarın icrasına nail olum. Gördüm, icra məmurları da işə məsuliyyətsiz yanaşır. Prezident Administrasiyasına gedib Fuad Ələsgərovun qəbuluna girdim. Bundan sonra icra məmurları məni təhsil şöbəsinə apardılar və təhsil şöbəsinin müdirinə şifahi tapşırdılar ki, məni işimə qaytarsın. Qərarın icra olunması ilə bağlı mənə heç bir rəsmi sənəd verilmədi”.

Deməsinə görə, təhsil şöbəsinin müdiri onun işə bərpası ilə bağlı əmri imzalamır. Sevinc Qurbanova icra məmurlarına üz tutanda ona bildirirlər ki, “biz öz işimizi görmüşük”. Sevinc Qurbanova da sual edir: Əgər işə bərpasına dair əmr verilməyibsə, 13 aydır maaşını ala bilmirsə, məktəbin qapısından keçə bilmirsə, bu, necə icradır?..

“Kartım məktəbin mühasibindədir. Deyir, “neynirsən kartı?” Onsuz da sənə maaş yazılmır. Adın işdə getmir. Gedirəm, məni məktəbin qapısından qovurlar. Əlimdə xeyrimə olan iki qətnamə, icra vərəqəsi, gəl ki, icra bir tərəfdən məni ələ salır, təhsil şöbəsi ilə məktəb direktoru da o biri tərəfdən bütün həyatımı alt-üst edib. Məni işsiz, üç azyaşlı balamı çörəksiz qoyublar. Bu gün mən də evə maaş gətirən bir müəllimə olmalıydım, iki nəfərin qərəzi üzündən maaşsız, işsiz qalmışam, işığımı, qazımı kəsiblər. Balalarım soyuqdan, acından titrəyir”.

Buna da bax: “Üsyançı” müstəntiq bəyanat yayıb

“BAŞQA İŞİN DALIYCA GETDİ”

Bərdə rayon icra şöbəsindən bildirilib ki, qərarın icra olunması üçün rayon təhsil şöbəsinə müraciət edilib. Təhsil şöbəsi də qərarı icra edib.

Məmməd Məmmədov adına Qarağacı kənd tam orta məktəbinin direktoru Taliyə Nəcəfova AzadlıqRadiosuna bildirib ki, məhkəmə qətnamələri icra olunub. Hətta Sevinc Qurbanova bir müddət işə də gəlib. Ancaq sonra işə gəlməyib:

“5 ay işlədi, sonra da rayonda başqa işin dalıyca düşdü. Kompüter kursu açıldı, orda uşaq hazırlaşdırırdı, məktəbdən yayındı, işə gəlmədi, mən də 2014-cü ilin oktyabrında onu ikinci dəfə işdən azad etdim. Sonra ordakı işləri də alınmadı”.

Direktor deyir, işdən çıxarılma barədə əmrini, əmək kitabçasını poçt vasitəsilə Sevinc Qurbanovaya göndərib. Əgər Sevinc Qurbanova narazıdırsa, məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG