Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Azərbaycanın korrupsiya indeksi tarixi rekord vurub


Cəzası azaldılan məmurlar
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Cəzası azaldılan məmurlar

Şərqi Avropa və Orta Asiyada hakimiyyətin yüksək qatlarında korrupsiya siyasi sabitsizlik, zəiflədilmiş qurumlar və ən pis hallarda isə zorakı konfliktlərdən qaynaqlanır. Ortalama korrupsiya balı 35 olan regionda korrupsiya və avtoritarizm dövr edir, bir çox hökumətlər demokratik proseslərə zərbə vurur, vətəndaş cəmiyyətinə divan tutur, media azadlıqlarını məhdudlaşdırır.

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı yanvarın 31-də Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspertlər və biznes adamlarının təsəvürlərinin, qavrayışının səviyyəsini göstərir. Bu indeks 13 xarici mənbə, o cümlədən Dünya Bankı, Dünya İqtisadi Forumu, konsultasiya şirkətləri və təhlil mərkəzlərinin datası əsasında hazırlanır.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsya səviyyəsinin çox yüksək olduğunu göstərir.

Azərbaycan və qonşuları

Gürcüstan 100 baldan 56, Ermənistan 46 və Monteneqro 45 bal yığıb. Bu üç ölkənin göstəricisi qlobal ortalama 43 baldan yuxarıdır.

Azərbaycan isə 23 balla indeksin dibində, Tacikistanla (24) Türkmənistanın (19) arasında yer alıb. Bu üç ölkə Avrasiya regionunda ən az bal yığanlardır. Türkiyə (36), Bosniya-Herseqovina (34) və Azərbaycan (23) ötən il balı rekord həddə düşən ölkələrdir.

180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan ötən il 30 balla 128-ci olub.

Azərbaycan rəsmilərinin bu indeksə münasibəti hələlik, bəlli olmasa da, hakimiyyət ölkədə korrupsiyanın olduğunu danmır, ancaq bu mənfi tendensiya ilə sistematik mübarizə aparıldığını bildirir. Son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, dövlət qurumlarının yüksək vəzifəliləri, nazir, nazir müavinləri mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbsə atılıb, mühakimə olunub. Ancaq müşahidəçilər bu mübarizəni yetərli saymır, burada daha çox hakimiyyətdaxili çəkişmə izlərinin olduğunu iddia edirlər.

Vaxtdır...

Transparency International korrupsiyanın regionda kök saldığını bildirir, liderləri problem həll etməyə çağırır. 2022-ci ildə bir çox ölkələrin korrupsiya balı tarixi rekorda düşüb. Rusiyanın Ukraynanı işğal etməyə başlaması bunun səbəblərindən biri kimi göstərilir.

“Şərqi Avropa və Orta Asiya liderləri nəhayət həyəcan təbili çalaraq dərinləşmiş korrupsiyanı həll etmək və regionda bütün xalqlar üçün demokratiyanı, sabitliyi və təməl azadlıqları dəstəkləmək öhdəliyi götürməlidir”, – qurumun Şərqi Avropa və Orta Asiya regionu üzrə müşaviri Altınay Mirzabekova deyib.

Hesabatda vurğulanır ki, korrupsiyaya qarşı illərlə davam edən hərəkətsizlik kleptokratların nəzarəti ələ almasına imkan yaradıb, demokratik proseslərə zərbə vurub, vətəndaş cəmiyyətini məhdudlaşdırıb, dövlət qurumlarının işini zəiflədib, zorakılıq, münaqişə və sabitsizliyi alovlandırıb.

Balkanlarda ən aşağı bal yığan ölkə Serbiyadır (36). Transparency International bu ölkədə siyasətçilərin ədliyyə sistemi üzərində əhəmiyyətli nüfuzunun olduğunu deyirlər.

Qazaxıstanın balı (36) bir il öncəylə müqayisədə bir vahid düşüb. Ermənistandan (46) başqa Moldova (39) və Özbəkistan (31) CPI ballarını xeyli artırıblar.

Rusiya və Ukrayna

Rusiyadakı (28) kleptokratlar Prezident Vladimir Putinə sadiqlik gösgərməklə xeyli sərvət yığıblar, qurum bildirir. Onlar bu sədaqətin qarşılığında gəlirli hökumət kontraktları, iqtisadi maraqlarına qoruma əldə ediblər.

Rusiya ötən fevralda Ukraynaya hücum etməzdən öncə bu ölkənin balı (33) aşağı idi, ancaq Kiyev islahatlar aparırdı. Transparency International bildirir ki, hətta müharibə başlayanan sonra belə Ukrayna antikorrupsiya islahatlarına öncəlik verir, ötən iyunda yeni Milli Antikorrupsiya Strategiyası qəbul edib.

Dünya üzrə ortalama CPI 11 ildir dəyişmir, 43-dür. Danimarka bu il 90 balla indeksin başında yer alıb. Finlandiya və Norveç hərəsi 87 balla ondan sonra gəlir.

Cənubi Sudan (13), Suriya (13) və Somali (12) CPI-nin dibindədir, hər üç ölkədə münaqişə gedir.

XS
SM
MD
LG