Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Prokurorluq MTN işi ilə bağlı açıqlama verdi


Akif Çovdarov məhkəmədən çıxan zaman
Akif Çovdarov məhkəmədən çıxan zaman

►Məlumatda iddi edilir ki, Akif Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarları azadlıqdan məhrum etmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə idib.

Bundan başqa Rabitə Nazirliyindəki vəzifəli şəxslərin himayə olunduğu və qanunsuz olaraq sahibkarların telefon söhbətlərinə qulaq asıldığı bildirilir.

Prokurorluğun mətbuat xidməti bildirir ki, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində həyata keçirilən araşdırma nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanıb.

Buna da bax: Bəylərin bığ bağı necə olurmuş?- [Fotolar]

Belə ki, nazirliyin Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov tabeçiliyində olan idarə və şöbə rəisləri Akif Əliyev , Səlim Məmmədov və Orxan Osmanovla cinayət əlaqəsinə girərək qrup halında qanunsuz əməliyyatlar keçirib sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum edilmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyaları və digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almaları barədə əsaslı faktlar müəyyən edilib.

Nazirliyin digər Baş İdarəsinin keçmiş rəisi Sübahir QurbanovunRabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay külli miqdarda rüşvət almasına dair sübutlar toplanıb.

Belə ki, S.Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Fizuli Əliyev , Natiq Alıyev və Zaur Məmmədovdan ibarət mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin martlnda sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək hədə-qorxu gəlməklə külli miqdarda pulunun ələ keçirilməsinə dair kifayət qədər əsaslar toplanıb.

Məlumatda bildirilir ki, Nazirliyin həmin mütəşəkkil dəstənin 2014-cü ilin dekabrında sahibkar K.Seyfullayevin getdiyi avtomaşını güdərək onu nazirliyin binasına aparması, qanunsuz azadlıqdan məhrum etmə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayçı məlumatların yayılacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad etməsi barədə faktlar müəyyən edilib.

Buna da bax: Xədicə İsmayıl: “Dəmir pərdələrin iyi gəlir” [Reportaj]

Bundan başqa həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə çıxıb.

Nazirliyin Baş İdarəsinin keçmiş rəis müavini İlqar Əliyev və şöbə rəisinin müavini Azər Mehdiyevin sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor işlədiləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair sübutlar toplanıb.

Nazirliyin digər Baş İdarələrinin keçmiş rəisləri Teymur Quliyev və Natavan Mirvətova, həmin qurumların digər vəzifəli şəxsləri Elşad Əzizov, Anar Şirəliyev, Fərhad Atayev və Eşqin Əliyev səlahiyyət hüdudlarından kənara çıxaraqgizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarına qulaq asılması və qanunsuz olaraq digər əməliyyat-axtarış tədbirləri həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına dair sübutlar əldə edilib.

Nazirliyin keçmiş şöbə rəisi Vüsal Ələkbərovunsa sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi, azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına buraxması və barəsində olan cinayət işinə xitam verməsinə dair əsaslı faktlar müəyyən edilib.

Bundan başqa Vüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Nazirliyin digər əməkdaşı Mehman Abdullayevin isə sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə orda saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pul alması ilə bağlı ittiham irəli sürülüb.

İstintaq zamanı müəyyən edilib ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində sahibkar V.Əzizin bank hesabına külli miqdarda pul köçürülməsini bilərək, onun telefon danışıqlarına qulaq asıldığını bildirib və pulun əksər hissəsini ələ keçirib.

Qeyd olunan faktlar üzrə 21 nəfərdən 19-u barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam alınaraq qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.

Onlara ümumilikdə on milyonlarla manat ziyan dəydiyi müəyyən edilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda ağır cinayətlərdə ittiham olunanların bütün bunlara reaksiyası hələ ki bəlli deyil.

Həmçinin baxın. AzadlıqRadiosunun Youtube kanalında:

XS
SM
MD
LG