Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:55

'Orta əməkhaqqının hesablanması ilə bağlı yeni qaydalara ehtiyac var'


Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir (Arxiv. 2022)

Bu il Azərbaycanda orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bugünlərdə Bakıda İnsan Resursları və İdarəetmə Forumunda deyib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdlu işçilərin orta aylıq əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.4 faiz artaraq 901.3 manat olub.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə bu gün, iyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, ilin sonunda illik inflyasiya 8.3 faiz proqnozlaşdırılır.

65.3 faiz artaraq…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, 2018-2023-cü illərdə Azərbaycanda sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub: "Həmin dövrdə orta aylıq əməkhaqqı 65.3 faiz artaraq 545 manatdan 901 manata çatıb…".

"…doğru deyil"

İqtisadçı Natiq Cəfərlinin isə AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda orta aylıq əməkhaqqının hesablama qaydası "birinin evində kələm, birində də ət yeyəndə ikisi bir yerdə kələm dolması yeyir" məntiqidir: "Məsələn, bank sektorunda əməkhaqqı yüksəkdir və orada 8 mindən bir az çox insan çalışır, neft sektorunda əməkhaqqı çox yüksəkdir, orada 50 minə yaxın insan çalışır, amma təhsil sahəsində əməkhaqqı çox aşağıdır və orada təqribən 280 min insan çalışır. Bu insanların əmək haqlarını bir yerdə toplayıb orta bir rəqəmi çıxarmaq doğru deyil".

İqtisadçı median - ən azla ən çox arasındakı orta maaş üzərində dayanır: "Keçən ilin göstəricilərinə görə, bizdə median maaş 405 manat idi. Yəni, rəsmi çalışanların yarısına qədəri 405 manat və daha aşağı maaş alır. Bu, daha doğru göstəricidir".

O hesab edir ki, orta aylıq əməkhaqqının hesablanması ilə bağlı yeni metodologiya qaydalarına ehtiyac var: "O zaman mənzərəni daha aydın görmək olar".

"Obyektiv mənzərəni görmək üçün yetərli deyil"

İnflyasiyaya gəlincə, N.Cəfərlinin fikrincə, onun da Azərbaycanda hesablama qaydaları beynəlxalq standartlara uyğun deyil: "Bizdə inflyasiyanı hesabkayarkən 500-dən yuxarı adda mal və xidmətin qiymət dəyişimini ortalama hesablayırlar. Amma bir çox ölkələrdə belə bir yanaşma da var ki, 30 ən çox istifadə olunan mal və xidmət ayrıca hesablanır... Bu, gündəlik tələbat mallarıdır, xidmət növləridir, kommunal xidmətlərdir".

İqtisadçının deməsinə görə, Azərbaycanda bunlar ayrıca hesablansa, tamam fərqli rəqəmlər üzə çıxar: "Bizdə hətta rəsmi inflyasiya göstəricilərinin daha yüksək olduğu üzə çıxacaq. Bizdə rəsmi inflyasiya hesablanarkən qiymət artımının ən aşağı hədləri götürülür, bu da obyektiv mənzərəni görmək üçün yetərli deyil".

XS
SM
MD
LG