Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:51

Dayənin baş kəsməsindən sonra... yoxlamalar başlanır


Dayənin uşaq başını göstərib "Allahu əkbər" qışqırdığı yer. Moskvalılar metro stansiyasının yanına gül, şar və oyuncaqlar düzürlər...
Dayənin uşaq başını göstərib "Allahu əkbər" qışqırdığı yer. Moskvalılar metro stansiyasının yanına gül, şar və oyuncaqlar düzürlər...

►"Putin əleyhinə şüar qışqıranı 5 dəqiqəyə həbs edirlər, əlində uşaq başı "Allahu əkbər" qışqıranı isə 1 saata,"

Moskvada özbək dayənin baxdığı uşağın başını kəsməsi, metro stansiyası qarşısında "Allahu-əkbər" qışqırması Rusiya mediasında və sosial şəbələlərdə qəzəbli reaksiyalar doğurub.

Dövlət rəsmiləri hadisədən dərhal sonra bütün dayələrin yoxlanılmasını tələb etməyə başlayıb.

Müxalifət hüquq-mühafizə orqanlarını hadisəyə yalnız 40 dəqiqə sonra reaksiya verməkdə günahlandırıb.

Millətçilərsə Rusiyanın miqrantlarla bağlı siyasətinin həddindən artıq yumşaq olduğunu bəyan ediblər.

Hadisənin bəzi şahidləri qadının əlində kukla başı tutduğunu zənn ediblər.

Qadının Özbəkistandan olan Gülçöhrə Bobokulova adlı dayə olduğu müəyyənləşdirilib.

O, qayğısına qaldığı dörd yaşlı əlil qızı öldürməkdə günahlandırılır.

Fevralın 29-da uşağın ailəsi onu Moskvada kirayə tutulmuş mənzildə dayə ilə qoyub evdən çıxıb.

Qadın metronun qarışısında dəfələrlə terrorçu olduğunu qışqırıb və "Allahu əkbər!" deyə bağırıb.

Ancaq rəsmilər onunla terrorçu kimi rəftar etməyiblər, onu psixiatrik müayinəyə göndəriblər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Hadisədən az sonra parlamentin yuxarı palatasının üzvü Yelena Mizulina dayə şirkətləri üzərində nəzarətin gücləndirilməsinə çağırıb.

Kremlin Uşaq Hüquqları üzrə dövlət komissiyasının sədri Pavel Astakhov TASS dövlət informasiya agentliyinə deyib ki, bütün dayələr ruhi sağlamlıqları barədə arayış təqdim etməlidirlər.

Dövlət Dumasının deputatı Vladimir Gutenyov Federal Miqrasiya Xidmətinin (FMX) dayə şirkətlərində reydlər keçirməsini xahiş edib.

"Exo Moskvı" radiostansiyasının aparıcısı Aleksandr Plyushchev Tvitterdə yazıb ki, o, əvvəlcə, dayələrə lisenziya verilməsi barədə tələsik qərarların "axmaq zarafat" olduğunu düşünüb. "Ancaq bu, reallıqdır," deyə o əlavə edib.

Polisin baş vermiş hadisə ilə bağlı gec tədbir görməsi də insanların tənqid obyekti olub.

Bəziləri əlində uşaq başı olan qadının saxlanılana qədər səkkiz dəqiqə metro stansiyası yaxınlığında sərbəst gəzdiyini deyirlər. Digərləri bunun bir saatdan da çox çəkdiyini bildirirlər. "Antiputin şüarı ilə metronun yanında duranı 5 dəqiqəyə həbs edirlər, uşaq başı ilə metronun yanında durub "Allahu əkbər" qışqıranı 1 saata," deyə müxalifət lideri Aleksei Navalny yazıb.

Uşağın başını kəsdi...
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

XS
SM
MD
LG