Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır


-

Milli Məclis “Polis haqqında” qanuna polis əməkdaşlarının səlahiyyətlərini qismən məhdudlaşdıran dəyişikliklər etməyə hazırlaşır.

Dəyişikliklər qəbul edilərsə, polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması hallarının dairəsi qısalacaq (Trend).

“Polis haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, şəxsin inzibati xəta törətməsinə görə polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması halına yol verilməyəcək.

Hazırda qüvvədə olan qanuna əsasən, şəxs cinayət və ya inzibati xəta törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda polis onun azadlıq hüququnu məhdudlaşdıra bilər.

Təklif olunan dəyişiklikdə “inzibati xəta” ifadəsi götürülür.

Digər dəyişikliyə görə, cinayətdə şübhəli şəxsin azadlıq hüququ yalnız o halda məhdudlaşdıra biləcək ki, həmin şəxsdə, onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapılmış olsun.

XS
SM
MD
LG