Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

Qaraqalpaqıstan etirazçılarına ağır cəzalar istənir


Buxara şəhərində keçirilən məhkəmədə
Buxara şəhərində keçirilən məhkəmədə

Prokurorlar Özbəkistanda Konstitusiya quruluşunu sarsıtmaqda ittiham olunan 22 nəfər barəsində uzunmüddətli həbsxana cəzalarının verilməsini istəyiblər.

Buxara şəhərində keçirilən məhkəmədə bütün müttəhimlərin məhkum ediləcəyi, onlardan 20 nəfərinə 5 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzasının veriləcəyi gözlənilir.

Prokurorlar daha iki nəfər barəsində şərti cəzaların verilməsini istəyiblər.

Özbəkistan hakimiyyəti bildirir ki, ölkənin tərkibində olan Qaraqalpaqıstan Muxtar Respublikasında ötən ilin iyununda baş vermiş etirazlarda 21 nəfər həyatını itirib.

Etirazlar Daşkəndin Konstitusiyaya Qaraqalpaqıstanı öz müqəddəratını təyinetmə hüququndan məhrum edəcək dəyişikliklər planına qarşı keçirilirdi.

Mirziyoyevi geri çəkilməyə məcbur etmiş etirazlar

Muxtar reaspublikanın paytaxtı Nukusda baş vermiş zorakılıq prezident Şavkat Mirziyoyevi sözü gedən təkliflərin geri götürülməsinə məcbur edib.

Mirziyoyev heç bir dəlil-sübut gətirmədən Qaraqalpaqıstanda baş vermiş etirazların “xarici qüvvələr” tərəfindən qızışdırıldığını bəyan etmişdi.

Müttəhimlərə qarşı bir neçə ittiham irəli sürülüb, lakin bunlardan ən ağırı ölkənin “konstitusiya quruluşunu dəyişməyə cəhd” ittihamıdır.

Məhkəmə ötən ilin noyabrında həm Daşkənddən, həm də Nukusdan 600 kilometr məsafədə olan Buxara şəhərində başlanıb.

Mirziyoyev hakimiyyətə 2016-cı ildə sələfi avtokrat İslam Karimovun vəfatından sonra gəlib.

Demək olar müstəqil

Qaraqalpaqlar Mərkəzi Asiyanın türkdilli xalqlarından biridir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra ordan çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir.

Daşkənd məhz bu hüququn ləğv edilməsinə çalışırdı.

Qaraqalpaqıstan etirazlarını doğuran səbəblər...
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Qaraqapaqıstanda Özbəkistanın 35 milyonlıuq əhalisinin 2 milyonu yaşasa da, o ərazisinə görə ölkənin üçdə birini təşkil edir.

XS
SM
MD
LG