Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:58

Şəkidə yüzlərlə ailənin ünvanlı sosial yardımı kəsilib


"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."

«Deyirlər, büdcədə pul yoxdur, sən də sosial yardım davası aparırsan».

Şəkinin Baş Göynük kəndinin sakini, 3-cü qrup əlil Fazil Vəliyev «Qaynar xətt»ə danışır ki, ötən ilin sonundan ünvanlı sosial yardımı dayandırılıb. Əlilin iddiasına görə, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu addımı atarkən ona xəbərdarlıq etməyib və səbəbləri bildirməyib:

«BÜDCƏDƏ PUL YOXDUR»

«Sonuncu dəfə ötən ilin noyabrında 198 manat almışam, ondan sonra kartı yoxlayırdım, heç nə yoxdur. Nəhayət, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Məlum oldu ki, sosial yardımı kəsiblər. Aylardır ki, səbəbini öyrənməyə çalışıram, şifahi deyirlər ki, «büdcədə pul yoxdur, camaat maaşını ala bilmir, sən burda sosial yardım davası aparırsan»».

***Buna da bax-Dövlət yoxsullara mal-qara, tikiş maşını verir

Lakin F.Vəliyevə Mərkəzdən göndərilən rəsmi cavabda qeyd olunub ki, ünvanlı sosial yardımın dayandırılmasına səbəb «Azərişıq» ASC-də onun abonent kodunun aşkarlanmamasıdır. F.Vəliyevsə bu cavabı sosial yardımı verməmək üçün bəhanə hesab edir:

«Evim elektriklə təchiz olunub, sayğac da var, necə ola bilər ki, abonent kodum aşkar edilməsin? Birinə deyirlər, «evində paltaryuyan maşının var, sənə sosial yardım düşmür», o birinə deyirlər, «həyətdə göyərti əkmisən, sosial yardımın ona görə kəsilib»... Ya birdəfəlik elan etsinlər ki, Azərbaycanda ünvanlı sosial yardım ləğv edilib, ya da vətəndaşları ələ salmasınlar. Söhbət bir-iki nəfəri yox, minlərlə vətəndaşı ələ salmaqdan gedir».

Musa Urud ünvanlı sosial yardım qaydalarını dəyişməyi təklif edir
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

«RÜŞVƏT VERMƏYƏ PULUM OLSAYDI...»

Şəki sakini Ələddin İsmayılov da ünvanlı sosial yardıma görə süründürməçiliyə məruz qalmasından danışır:

***Buna da bax-Xaricdə yaşayan azərbaycanlılar da sosial yardım alacaq [müsahibə]

«Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə iki dəfə sənədlər qovluğu təqdim etmişəm. Hər dəfə sənədlərin qaydasında olduğunu deyib yola salıblar. Ancaq hər ikisində bir müddət gözləyib təkrar müraciət edəndə bildiriblər ki, «sənədlər itib». Üçüncü dəfə yenə təqdim etmişəm, ötən il qısa müddətdə ünvanlı sosial yardım da aldım. Sonra yenə dayandırıldı və yenidən sənəd yığmağım tələb olundu. Sənədləri toplayıb göndərmişəm, VEMAST sistemində də bütün sənədlərim təsdiqlənib. Ancaq hələ də get-gələ salıblar. Əgər məndən rüşvət gözləyirlərsə, rüşvət verməyə pulum olsaydı, hökumətdən yardım dilənməzdim».

«RÜŞVƏT TƏLƏB OLUNMASI MÜMKÜN DEYİL»

AzadlıqRadiosunun müxbiri Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin bir əməkdaşı ilə əlaqə saxlayıb. Həmin əməkdaş bildirib ki, vətəndaşların iddiaları əsassızdır:

«İndiki halda heç bir vətəndaşdan rüşvət tələb olunması mümkün deyil. Çünki bütün proseslər elektronlaşıb və müdaxilə mümkünsüzdür. Görünür, ünvanlı sosial yardımın dayandırılması üçün hansısa ciddi səbəblər olub. Bunu araşdırmaq lazımdır. Qeyri-iş günləri bitdikdən sonra araşdırıb məlumat verərik».

Son 1 il 6 ayda yüzlərlə vətəndaşın ünvanlı sosial yardımı dayandırılıb. Hökumət vətəndaşlara yardımın kəsilməsinə müxtəlif səbəblər göstərir.

XS
SM
MD
LG