Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

Sergei Shoigu 18 milyon dollarlıq malikanəyə sahibdir?


Sergei Shoigu-ya məxsus olduğu iddia edilən malikanə
Sergei Shoigu-ya məxsus olduğu iddia edilən malikanə

.
Carl Schreck

►Müdafiə naziri Sergei Shoigu-nun adı uzun müddətdir Rusiyada böyük korrupsiya qalmaqallarında çəkilmir. Amma Aleksei Navalnynın komandasının yeni araşdırmaları görünür, Shoigu-nun da rahatlığını pozuacaq.

MÜDAFİƏ NAZİRİNƏ ARTİLLERİYA ZƏRBƏSİ

Müdafiə naziri Sergei Shoigu uzun müddətdir ki, Rusiyanın ən populyar hökumət fiqurlarından biridir. Rusiya televiziyası onun iyirmi ilə yaxın tutduğu Fövqəladə hallar naziri postunda fəaliyyətini gen-bol işıqlandırıb.

Həm də Müdafiə Nazirliyində onun xələfi olmuş Anatoliy Serdyukovun 2012-ci ildə vəzifədən qovulmasına və həbsinə yol açmış qalmaqala bənzər korrupsiya qeylü-qalı ona toxunmayıb.

Bu nisbətən təmiz reputasiya müxalifət lideri Aleksei Navalnynın ittihamlarından sonra ləkələnmiş kimi görünür. Navalnının komandası Shoigunu ailə üzvlərinin adına qeydiyyatdan keçirdiyi 18 milyon dollarlıq villanı gizlətməkdə ittiham edib.

Buna da bax: Azərbaycan Doing Business hesabatında- nə dəyişib?

Müdafiə naziri Sergei Shoigu prezident Vladimir Putin-in arxasında. Kremldə keçirilən qəbullardan birində. 25 iyun 2015
Müdafiə naziri Sergei Shoigu prezident Vladimir Putin-in arxasında. Kremldə keçirilən qəbullardan birində. 25 iyun 2015

Aleksei Navalnynın təşkilatı oktyabrın 27-də prestijli Barvixa kəndində yerləşən geniş bir villanın şəklini dərc edib. Barvixa Moskvanın president Vladimir Putinin iqamətgahı da daxil olmaqla Rusiyanın ən elit evlərinin yerləşdiyi rayonudur.

Sergei Shoiguya məxsus olduğu iddia olunan villa 9000 kvadrat metrlik torpaq sahəsində tikilib. Onun kənarları yüngülcə burulan damları buddist məbədlərini xatırladır. Bu isə belə tərzin Shoigunun ata vətəni, əhalisi əsasən buddistlərdən ibarət olan Tuvanı xatırlatdığı barədə söz-söhbətlərə yol açıb.

18 YAŞLI QIZIN MİLYONLUQ MÜLKÜ

Navalnynın daşınmaz əmlak üzrə tədqiqatçısı Georgy Alburov iddia edir ki, Shoigunun qızı Ksenia 2009-cu ildə, yəni 18 yaşı olanda bu mülkün sahibinə çevrilib.

Georg Alburov öz bloqun yazıb: “18 yaşlı tələbə Ksenia Shoigu necə 100 m2-nin dəyəri ən azı 100 000 dollar olan, ümumi dəyəri 9 milyon dollar olan torpaq sahəsinə sahib ola bilməsi aydın deil. Bu, Rusiyanın Federal Təhqiqat Komitəsinə verilməli olan yaxşı bir sualdır.”

Buna da bax: Prezidentdən gömrük fərmanı

Georgy Alburov bütün mülkün ümumi dəyərinin azı 18 million dollar olduğunu deyib. Alburov deyib ki, Shoigu ailəsi 2010/12-ci illər üçün gəlirinin 173 milyon rubl (2.66 milyon dollar) olduğunu bəyan edib. Bu isə hətta göstərilən dövrdə rus rublunun nisbətən güclü olduğu nəzərə alınsa belə mülkün dəyərindən qat-qat azdır.

BALDIZA BAHALI HƏDİYYƏ?

Georgy Alburov
Georgy Alburov

Georg Alburovun ortaya çıxardığı başqa sənədlərdə 2012-ci ilin avqustunda mülkün sahibliyinin Yelena Antipina adlı qadına ötürüldüyü göstərilir. Onun soyadı Shoigunun arvadı İrinanın soyadı ilə eynidir. Hər iki qadının atasının adı Aleksandr-dır.

“Hər şey aydındır,” deyə Alburov yazıb. “Bu dəbdəbəli ev Shoigunun arvadının bacısının adına qeydiyyata alınıb.”

RBC qəzeti Rusiyanın SPARK kimi tanınan korporativ bazasından götürülmüş məlumata istinad edərək yazıb ki, Yelena Antipina, Shoigunun arvadı və qızı 2007/13-cü illər arasında “Barvixa 4” adlı bir şirkətin sahibləri arasında olublar.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

Şirkətin digər sahibləri arasında adı senator Yury Vorobyovun arvadının adı ilə eyni olan bir qadın və Sergei Matviyenko adlı bir kişi də var. Rusiya parlamentinin spikeri Valentina Matviyenkonun Sergei adlı oğlu var.

Keçən ay Navalnynın təşkilatı uzun zamandan bəri prezident Vladimir Putinin sözçüsü olmuş Dmitry Peskovun Moskvanın başqa bir dəbdəbli rayonunda 780 m2-lik evdə yaşadığı barədə məlumat dərc etmişdi. Orada mülkün dəyərinin 7.1 milyon dollar olduğu bildirilirdi.

Rusiyanın Müdafiə Nazirliyi "РосБизнесКонсалтинг" qəzetinin sorğusuna cavab verməyib. Qəzet xəbər verir ki, Yelena Antipina telefon danışığında məsələ ilə bağlı şərh verməkdən imtina edib.

XS
SM
MD
LG