Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Norveç və Azərbaycanın neft şirkətləri- [Binaların fərqi]


►İqtisadçı alim Qubad İbadoğlu gəliri qat-qat yüksək “Statoil”un özünə ofis binasını kirayələdiyini deyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın yeni inzibati binası müzakirə və mübahisə hədəfi olaraq qalır.

Əksər tənqidçilər “boyu” 200 metrədək ucalan 40 mərtəbəli binanı şirkətə əlavə yük kimi qiymətləndirir. Eyni zamanda “bina lazım idi, ancaq bu qədər pul xərcləməyə dəyməzdi” deyənlər də var.

“Heç bir israfçılıqdan söhbət gedə bilməz”

SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev AzadlıqRadiosuna açıqlamasında binanın inşasını qurumun “beynəlxalq şirkətə çevrilməsi”nə bağlayıb:

“Əvvəla, bu binanın təməli qoyulanda neftin qiyməti indiki kimi deyildi. SOCAR son vaxtlar beynəlxalq enerji bazarına inamla daxil olub. Bütün beynəlxalq şirkətlər - enerjidaşıyıcılar bazarında fəaliyyət göstərən böyük şirkətlər kimi, onun da belə bir ofis binasına ehtiyacı vardı. Müxtəlif struktur vahidlərimizin sayı 25-i aşır. Hamısı səpələnmiş vəziyyətdə, ayrı-ayrı binalarda otururdular. Əlbəttə ki, zavodları, neft-qaz çıxarma idarələrini, hasilat strukturlarını bir yerə yığmaq olmaz, - təyinatları üzrə işləməlidirlər. Amma daha çox idarəçiliklə, marketinqlə və s.-lə məşğul olan strukturların bir çoxunu həmin binada yerləşdirəcəyik. Heç bir israfçılıqdan söhbət gedə bilməz. Deyilən rəqəmlər də həqiqətəuyğun deyil. Binanın tikintisi deyilənlərdən qat-qat ucuz başa gəlib”.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

Beynəlxalq şirkətlərin binaları göz qamaşdırır?

İqtisadçı alim Qubad İbadoğlu SOCAR-ın yeni ofisini Norveçin məşhur “Statoil” şirkətiylə müqayisə edir:

“Şəkildəki binalar müxtəlif dövlətlərə məxsus olan neft şirkətlərinin baş ofisləridir. Hər ikisində də dövlət şirkəti fəaliyyət göstərir. Birincisində səhmlərinin 67 faizi Norveç Krallığına məxsus olan “Statoil” şirkəti baş ofis binasını görürük. Bu şirkətin 2012-ci ildə ümumi gəliri - 94 milyard, əməliyyat gəliri - 27 milyard, mənfəəti - 9 milyard, aktivləri - 102 milyard avro olub”.

STATOIL və SOCAR-ın yerləşdiyi binalar
STATOIL və SOCAR-ın yerləşdiyi binalar

Ekspert vurğulayır ki, şirkətin binası kirayə edilib, başqa sözlə, şirkətə məxsus deyil.

İkincisi isə yenicə istifadəyə verilən və dövlətin tam mülkiyyətində olan SOCAR-ın əsas inzibati binasıdır.

Q. İbadoğlu bildirir ki, 2014-cü ildə SOCAR-ın gəliri 39,7 milyard, əməliyyat gəliri 1,8 milyard, təmiz gəliri 1,3 milyard, aktivləri isə 24,1 milyard manat olub. Təkrar edirəm ki, hər iki şirkət dövlətə məxsusdur”.

XS
SM
MD
LG