Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

Sakinlər: 'Betonqarışdıran və pompaların səsindən yata bilmirik'


Tikinti (arxiv fotosu)
Tikinti (arxiv fotosu)

"Binaların həyətini zəbt ediblər, istirahətimiz və gəzinti üçün nəzərdə tutulmuş zolaq da məhdudlaşdırılıb. Binanı tikənlər deyir, ‘pul verib, yeri almışıq’. Bu hökumətin məqsədi nədir, anlamırıq. İnsanların gediş-gəliş yollarını da acgözcəsinə satırlar. Bir azdan hamı binanın pəncərəsindən meymun qəfəsdən baxan kimi baxacaq, çünki həyətə düşməyə, oksigen almağa nə yer qalıb, nə ağac.."

“O AĞACLAR DA QIRILACAQ”

Yeni Günəşli qəsəbəsinin V massivindəki 12 saylı binada yaşayan Qəmər İsgəndərova "Qaynar xətt"ə danışır ki, bir neçə gündür tikinti şirkətlərindən biri binaların mərkəzindəki ərazini hasara alıb, qazıntı işləri aparır. Gecə-gündüz əraziyə gəlib-gedən ağır tonnajlı maşınların tozu-tozanağı yay cırhacırında açıq qalan pəncərələrdən evlərə dolur. Yüzlərlə ailənin rahatlığı pozulub. Ancaq daha çox narahatçılıq yaradan binaların həyətlərindəki istirahət yerlərinin hasarlanmasıdır. Bir neçə gündür ki, hasarlanan ərazilərdə qazıntı aparılır.

Buna da bax:​ Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'

Qəmər İsgəndərova deyir, ərazidə hər hansı lövhə vurulmadığından qazıntının hansı şirkət tərəfindən aparıldığını bilmirlər:

"Fəhlələri veriblər qabağa, bir məsuliyyətli adam ortaya çıxmır, sözümüzü deyək... Əvvəllər ərazilər hasarlananda, heç olmasa, gətirib bir lövhə vururdular, üzərində şirkətin adı, məqsədi, ünvanı, əlaqə nömrəsi qeyd olunurdu. İndi bu da yoxdur. Eləcə səhər ayılırsan ki, dünən keçdiyin yol hasarlanıb və içəridə buldozerlər, traktorlar işləyir. Bircə onu bilirik ki, həyətimizdə hündürmərtəbəli bina tikməyi planlaşdırıblar. Hasarın içərisində iş gedir. Yaşıllığın çox hissəsi də hasarın içərisində qalıb. Yəqin ki, o ağaclar da qırılacaq".

Buna da bax:​ Qışdan bəri donu açılmayan ailə

“TİKİNTİYƏ ZƏRURİ SƏNƏDLƏR VAR”

"Qaynar xətt"in müxbiri bina tikməyə hazırlaşan şirkətin adını öyrənməyə çalışıb. Suraxanı rayon icra hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazidə 1 bloklu 16 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulub. Şirkətin adını "unutduğunu" deyən əməkdaş binanın təkbloklu və 16 mərtəbəli olduğunu deyib. Qurumdan evtikmə şirkətinin tikintiyə görə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən zəruri sənədləri olduğu da bildirilib.

Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 49 saylı binanın sakinləri də "Qaynar xətt"ə şikayət ediblər ki, hansısa tikinti şirkəti binanın qarşısındakı ərazini hasara alaraq hündürmərtəbəli binaya özül qazır. 10 günə yaxındır ki, bu işlər gecə saatlarında da davam edir. Betonqarışdıran və pompaların səsindən yata bilməyən sakinlər hər gecə DİN 102 xidmətinə zəng vururlar. Hər dəfə də saat 3 radələrində gəlib çıxan polis işçiləri işi dayandırırlar. Sakinlər Nizami rayon icra hakimiyyətinə də müraciət ediblər.

Buna da bax:​ 'Məmurların balıqçılıq təsərrüfatıma gözü düşüb' - Sahibkar

İcra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, bu vəziyyət yalnız bir gecə davam edib. Polislərin müdaxiləsindən sonra ərazidə yalnız günün müəyyən vaxtları iş aparılır.

XS
SM
MD
LG