Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:16

'Turan'dakı axtarış nə demək idi? [video]


Vergi rəsmiləri “Turan”da nə tapdılar?
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

Vergi rəsmiləri “Turan”da nə tapdılar?

Avqustun 16-da, Bakıda, ölkənin ilk müstəqil informasiya agentliklərindən biri - “Turan”ın ofisində axtarış aparılıb, vergi əməkdaşları media qurumunun sənədlərini müsadirə edib.

Müdafiəçiləri bunu mediaya təzyiq, azad sözün susdurulması hesab edirlər.

Buna da bax:​ Vergilər Nazirliyi 'Turan' agentliyinə cinayət işi açıb

Yoxlama Nəsimi rayon məhkəməsinin qərarı ilə keçirilib. Agentliyin direktoru Mehman Əliyev deyir ki, onların maliyyə sənədləri təmizdir:

Mehman Əliyev, axtarışdan sonra. 16 avqust 2017
Mehman Əliyev, axtarışdan sonra. 16 avqust 2017

«Vergi əməkdaşlarının götürdüyü sənədlər aktlaşdırıldı. Onlar üçün şübhə doğuran sənədləri apardılar. Bundan başqa, agentliyin mühasibinin kompüterini də götürdülər».

İlk dəfə deyil ki, vergi qurumlarının nümayəndələri media qurumu və ya müstəqil tənqidçilərin qapısını döyüb, işini yarıda qoyur.

Buna da bax: Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

2014-cü ildə beynəlxalq QHT -lərə və media qurumlarına qarşı cinayət işi açılandan sonra, həmin ilin dekabrında AzadlıqRadiosu-nun da Bakı ofisi möhürləndi.

Azadlıq Radiosunun ofisi möhürləndi.
Azadlıq Radiosunun ofisi möhürləndi.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olundu, ilyarımdan sonra azadlığa buraxıldı.

Bir çox QHT-lər, hüquq müdafiəçiləri də vergi cinayətlərində ittiham olunub, ya həbs olundular, ya da ölkədə çıxış qadağası ilə üzləşdilər.

Buna da bax:​ Sərhədsiz Reportyorlar 'Turan'a cinayət işi açılmasını pisləyir

Elə həmin dövrdə fəaliyyətini dayandırmalı olmuş Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, bu vergi yoxlaması “Turan”nın səsini kəsmək məqsədi daşıyır:

«‘Turan’ Azərbaycanın üzünü ağardan institutlardan biridir, bütün dünyada tanınır. Amma düşünmürəm ki, “Turan” hansısa inqilabi körükləyəcək gücdə idi. Sadəcə görünür ki, hökumət olub qalan hər şeyi ələ almaq istəyir. İştahı bu qədər böyüyüb və güclənib».

Rəşid Hacılı
Rəşid Hacılı

Rəşid Hacılı deyir ki, “Turan”a təzyiq Azərbaycanın üz tutduğu istiqaməti göstərir, bu isə faciəvi və təhlükəli istiqamətdir.

Buna da bax:​ Azərbaycan media azadlığı 'ən pis' olan 10 ölkədən biridir

Amma Yeni Azərbaycan Partiyasından olan deputat Səməd Seyidov bu deyilənlərlə razılaşmır, istintaqın nəticələrini gözləməyi məsləhət görür.

"Turan"da axtarış aparan vergi əməkdaşları
"Turan"da axtarış aparan vergi əməkdaşları

“Hüquq mühafizə orqanlarının işinə müdaxilə etmək düzgün deyil. Nəticələr açıqlanandan sonra buna şərh vermək olar. Amma əvvəlcədən onları qeyri-obyektivlikdə ittiham etmək doğru deyil. Bir balaca səbriniz olsun, yəqin ki, bir açıqlama veriləcək”.

Səməd Seyidov deyir ki, Azərbaycanda müstəqil mediaya da, azad fikirlərə də yer də var.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı

Biz Bakı sakinlərini də müzakirəyə dəvət etmişik, onlardan soruşmuşuq ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün azad şərait varmı?

Azərbaycanda jurnalist olmaq nə dərəcədə çətindir? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Jurnalistləri Müdafiə Komitəsi -CPJ nin 2015-ci il hesabatına görə, Azərbaycanda dünyada ən çox təzyiqə məruz qalan 10 ölkə sırasında, 5-ci yerdədir. Azərbaycan bu sırada Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Efiopiyadan sonra yer alıb.

Buna da bax:

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
XS
SM
MD
LG