Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:21

Zaqatalada it dişləmələri başlıca mövzuya çevrilib


Sahibsiz itlər
Sahibsiz itlər

"3 gün əvvəl oğlumu, dünən qonşumu it tutub. Mərkəzi xəstəxanaya getsən, hər gün it dişləməsi ilə nə qədər adamın gətirildiyini görərsən".

“İTİ ÖLDÜRMƏK ÇIXIŞ YOLU DEYİL”

Zaqatala sakini Həzi Məhərrəmov AzadlıqRadiosu-na danışır ki, son 3 gündə it dişləmələri xəbərləri rayonda başlıca mövzuya çevrilib:

"Bir müddət itləri vurmağı qadağan eləmişdilər. Ancaq küçələrdə dolaşan bu heyvanları vaxtlı-vaxtında vaksinasiya etmirdilər, nəzarət yox idi. Bu qədər adamı quduz it dişləyəndən sonra başladılar itləri vurmağa. Nədənsə, mübarizə aparmaq deyəndə, öldürmək, yox etmək gəlir ağıllarına... İti öldürmək çıxış yolu deyil. Onu müalicə etmək, nəzarətdə saxlamaq lazımdır. Bunun üçün qurumlar var, ancaq fəaliyyətləri göz qabağında deyil".

Buna da bax:​ Kəlbəcər köçkünü: 'Elə ev yoxdur ki, ailədə kimisə ilan sancmasın'

Son bir həftədə rayonda, azı, 30 nəfəri it dişlədiyi bildirilir. Rayonun mərkəzi xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, təkcə sentyabrın 7-də Faldar, Beretbinə, Yuxarı Tala, Kebeloba, Çobankol kəndlərindən it dişləməsi xəsarətləri ilə ümumilikdə 5 nəfər gətirilib: "Son bir həftədə it dişləməsi ilə müraciət edənlərin sayı xüsusilə artıb. Xəstələrə vaksinlər vurulub, lazımi tibbi yardımlar göstərilib, evlərinə buraxılıb. Müəyyən müddətdən sonra təkrar müayinələr və tibbi müdaxilələr olacaq".

“İT OVU”

Zaqatala rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, iki həftədir bələdiyyələr və baytarlıq idarəsi necə deyərlər, "it ovuna çıxıb". Kəndlərdə, yollarda dolaşan itlər xüsusi sığınacaqlara yerləşdirilir, müayinədən keçirilir, quduz itlər ya məhv edilir, ya da müalicəyə cəlb olunur: "Ancaq vətəndaşlar da bu işdə aidiyyəti qurumlara yardımçı olmalıdılar. Çünki nəticədə zərər onlara dəyir. Məsələn, küçə itlərinin sürüylə dolaşdığı əraziləri müəyyən etməkdə köməkçi olsalar, böyük yardım etmiş olarlar".

Buna da bax: İnəklər, ev quşları kütləvi qırılır, səbəbi aydın deyil...

Vəhşi itlərin hücumuna məruz qalanlar əsasən azyaşlılardır.

Bu il iyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəb Mikayılzadəni it dişləyib. Bir neçə gün sonra qızcığaz vəfat edib. Yalnız bundan sonra aidiyyəti qurumların diqqətini son aylarda it dişləməsi ilə bağlı müraciətlərin artması çəkib və tədbirlərə başlanılıb.

XS
SM
MD
LG