Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Sel yardımının kimə çatması üstündə mübahisəsi bitmir


Qayıqla kəndə səfər...
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00
Direct-ə keçid

Sabirabadın Xankeçən kəndinin su basmış hissələrindən Babək Bəkirin videogörüntüləri

YARDIMI ZƏRƏRÇƏKƏNLƏR YOX, MƏMURLAR YEYİB?

“Daşqın nəticəsində ziyan çəkmiş bölgələrdə əhaliyə verilən yardım və kompensasiyaların bir hissəsini yerli məmurlar mənimsəyib”. Bunu daşqından ziyan çəkən bölgələrdə vəziyyəti araşdırmış ictimai təşkilatların birliyi olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı iddia edir.

23 kənddə, 2 mindən çox evdə monitorinq apardıqlarını deyən Qərargahın təmsilçiçi Oqtay Gülalıyev bildirir ki, rəsmilər vətəndaşlara dəyən ziyanı hesablayarkən ciddi noqsanlara yol veriblər. Onun iddiasına görə mənimsəmələr elə daşqın gedən günlərdə, sakinlər evlərindən çıxarılan vaxtlar başlayıb: “Zəzər çəkən insanlara həftəlik yardımlar verilməsi nəzərdə tutulsa da çox zaman bu yardımlar aylıq paylanıb, bəzi yerlərdə isə ən yaxşı halda iki həftədən bir dəfə verilib”.

Seldən ziyan çəkən sabirabadlılar Prezident Administrasiyasının qarşısında, 20 iyul 2010
KƏNDLİYƏ VERİLƏN SÖZ VƏ ALDIĞI YARDIM


Sabirabad rayonunun Əsgərbəyli kəndinin sakini İlham Əmiraslanovun sözlərinə görə, daşqınların ilk aylarında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hər ailəyə toyuq, un, kartof-soğandan ibarət həftəlik ərzaq veriləcəyini deyib:

- Amma bu dörd ayda bizə cəmi 4-5 dəqiqə ərzaq verilib. Biz təxminən hesablamışıq ki, Qasımbəylinin bir həftəlik ərzaq yardımı 100 min manatdan ibarət olub. Təkcə bu kəndlərdə adambaşına düşən toyuğun qiyməti 20 min manat edir.

BALACA MƏMUR OĞURLADIĞINI GECƏ YARISI QAYTARIB?


Onlara verilən kompensasiyaların ədalətli bölünməsindən ölkə prezidentinə şikayətçi düşən Sabirabadın bəzi kəndlərinin sakinləri isə rəsmi sənədləri yoxlayarkən adlarının qarşısında yazılan yardım məbləğindən az pul aldıqlarını üzə çıxarmış və dərhal baş prokurora şikayət ərizəsi yazmışdılar. Sabirabadın Azadkənd sakini Şahbaz Hacıyev deyir ki, onların şikayətindən sonra rayon icra hakimiyyətinin, yerli poçt şöbəsinin işçiləri sakinlərə yerdə qalan məbləği qaytarıblar, üstəlik əlavə pul da təklif ediblər:

Sabirabadda məktəbdə məskunlaşmış seldən zərərçəkmiş ailə, iyun 2010
- Şəxsən mən şahidlik edirəm, vətəndaş kimi. Tutarlar, tutarlar. Bizim ərazidə, Sabiabadın Azadkənd sovetliyində vətəndaşa 1600 manat yardım yazıb, ona cəmi 800 manat vermişdilər. Prokurorluq işə qarışandan sonra pulu da qaytardılar, hətta üstündə 400-500 manat da pul verirdilər ki, bizi tuturlar.

Şahbaz Hacıyev və onun həmkəndlilərinin bildirdiyinə görə pul qaytarılandan sonra artıq iddiaçı olmadığından istintaq işi bağlanıb. Amma onlar deyir ki, aralarında sonradan təklif edilən məbləği almayan və işin araşdırılimasını tələb edən sakinlər də var.

"KÜR" RESPUBLİKA PROKURORLUĞUNA ÜZ TUTUB

“Kür” Vətəndaş Qərargahının təmsilçisi Mehman Əliyevin də fikrincə, kompensasiyaların verilməsində şəffaflığın olmaması kifayət qədər ciddi şübhələr yaradır və prokurorluq mütləq təkcə Sabirabadda yox, başqa sel basmış yayış məntəqələrində də eyni araşdırmaları aparmalıdır:

- Biz beş təşkilat olaraq Baş Prokurorluğa müraciət göndərmişik ki, bu araşdırmalar bütün rayonlarda başlansın və vətəndaş cəmiyyətinin təmsilçiləri də bu işə cəlb olunsun. Biz hələ cavab almamışıq, amma məndə olan məlumata görə, respublika prokurorluğunda müvafiq komissiya yaradılıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna bildirib ki, müraciət müəlliflərinə cavab veriləcək.
Selin ziyan vurduğu Sabirabad sakinlərinin yardım və ev tələbilə etiraz aksiyası, 24 iyun 2010

“Kür” Vətəndaş Qərargahının monitorinqindən isə üstəlik aydın olur ki, bir çox kəndlərdə kompensasiya paylanan zaman sakinlərə poçt idarələrində verilən qəbzdə məbləğ sözlə yazılmayıb. Mehman Əliyevin fikrincə, bu hal korrupsiyaya yol açan məqmalardan biridir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Novruz Məmmədov isə deyir ki, yerlərdə poçt idarələrinin verdiyi qəbzdə pulu alan şəxsin adı, soyadı, məbləği göndərən təşkilat, məbləğin həcmi həm rəqəm və həm də sözlə əks olunub.

- Əgər prokurorluq apardığı araşdırmada poçt işçiləriylə bağlı fakt üzə çıxarsa, Nazirlik ciddi tədbir görəcək.

300 MİLYON MANAT DAVASI BİTMƏK BİLMİR

Hökumət bu ilin yaz aylarında Azərbaycanın aran rayonlarında baş vermiş sel və daşqınlardan ziyan çəkənlərə hər cür yardım göstəriləcəyinə, evlərini tirimiş adamlara yeni evlər tikiləcəyinə söz verib. O zaman prezident İlham Əliyev bildirmişdi ki, zərəçəkən əhaliyə yardım, evlərin təmiri və yeni evlərin tikintisi üçün 300 milyon manat pul ayrılıb. Bu yaxınlarda Salyan rayonunda bir qrup zərərçəkmiş sakinə ev verilməsi mərasimində prezident İlham Əliyev də iştirak edib.

Amma selin yaratdığı fəsadların hələ də aradan qaldırılmadığı yerlərdə sakinlər gələn yaza sağ-salamat çıxmaları üçün ciddi yardım gözləməkdə davam etdiklərini deyirlər. Çünki bir yandan əsas ərzaq mənbələri olan əkin-biçin əldən çıxıb, bir yandan da yaxınlaşan soyuq havalarda daldalanacaq yerləri yoxdur.
XS
SM
MD
LG