Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:01

MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'


Natəvan Mürvətova. 14fev2017.
Natəvan Mürvətova. 14fev2017.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra cinayət məsuliyyətinə cəlb olunan dörd generaldan biri – nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olmuş Natəvan Mürvətova ona sual verən jurnalistləri təhqir edib.

Bu olay fevralın 14-də məhkəmə binası önündə baş verib.

Xanım Mürvətova ilə yanaşı, daha iki generalın – MTN Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovun, eləcə də generalların tabeliyində işləmiş Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin ƏliyevElşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır. Məhkəmə iclasları Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Natəvan Mürvətovanı çıxmaqla, MTN işi üzrə saxlananların hamısına həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan başqa yerə getməmək barədə iltizam alınıb. O bu səbəbdən, məhkəməyə evindən gedib-gəlir.

MTN generalı Akif Çovdarovgilin işində olduğu kimi, bu məhkəməyə də media nümayəndələrini buraxmayıblar. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, məhkəmədə təqsirləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərin haqqında həbs qərarının dəyişdirilib, ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlər qaldırsalar da, təmin olunmayıb.

Vəkil “MTN işi”ndən uzaqlaşdırılıb

Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası vəkil Kamandar Nəsibovu prosesdən uzaqlaşdırıb. Bu qərar prokuror vəsatəti əsasında çıxarılıb.

Buna da bax:​ "MTN-də elə vurdular ki, implant dişlərim sındı"

Kamandar Nəsibov bu işdə zərərçəkmiş kimi tanınan Cəmşid Novruzovun nümayəndəsidir. İttihama görə, general Sübahir Qurbanovun oğlunun adına olan obyekt Cəmşid Novruzovdan zorla alınıb. S. Qurbanovsa həmin obyektin, ümumiyyətlə, Cəmşid Novruzova aid olmadığını, onu saxta sənədlərlə mənimsədiyini, oğlunun həmin əmlakı hərracda aldığını deyir.

Kamandar Nəsibov burada zərərçəkənin nümayəndəsi olduğu halda, MTN işi üzrə həbsdə olan başqa bir generalın - Akif Çovdarovun da vəkilidir. Eyni adamın bir iş üzrə həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin vəkili olması isə mümkün deyil.

Məhkəmə iclası başa çatandan sonra general Mürvətova binadan çıxarkən jurnalistlər ona yaxınlaşaraq, suallarına cavab almaq istəyiblər. "Sizə verilən ittihamlarla bağlı nə deyə bilərsiniz” sualına xanım generalın reaksiyası belə olub: “Rədd olun!”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': `Müstəntiqin 'Vinçester'ə gözü düşdü...'

Məhkəmə fevralın 21-də davam edəcək.

Xatırlatma

Məhkəmə önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamlarından həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları, qanunsuz olaraq, günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

“MTN işi” üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Buna da bax:​ 'Dövlət mafiya qaydaları ilə idarə olunub'

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyon manata dəyərində daşınmaz əmlak, avtomobil və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG