Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Ali Məhkəmə siyasi fəalların işini geri qaytardı


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu

►Ali Məhkəmə oktyabrın 13-də REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və Müsvat başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxıb.

Bu barədə Vəkil Fuat Ağayev məlumat verir.

O məhkəmədə çıxış edərək Avropa İnsan Haqları Məhkəməsi və Avropa Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı qəbil etdikləri qətnamələrdən danışıb.

O bildirib ki, hər iki sənəddə İlqar Məmmədovun təcili azadlığa buraxılması nəzərdə tutulur.

Vəkil şikayətin təmin edilməsi və işin bağlanmasını istəyib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli də prosesin uzadılmasına etiraz bildirib.

Amma Dövlət ittihamçısı Rəsul Abbasov işin bağlanmasına əsas olmadığını və digər məhkəmə instansiyaları tərəfindən onların günahkar olması barədə lazımınca sübutlar olduğunu bildirib.

Buna da bax: "Dedilər, istəyirsən kilsə tik, amma məscid olmaz"

Bundan başqa o qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsində vəkillərin bir sıra vəsatətləri təmin edilməyib və bu Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

Müşavirədən sonra hakim Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən həmin məhkəməyə qaytarıb.

İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunublar.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 , Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Onlar həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları rədd edir və həbsin siyasi sifariş olduğunu deyir.

XS
SM
MD
LG