Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

«Dondurulmuş» münaqişələr BMT səviyyəsində


Vəfa Quluzadə: «Qarabağ məsələsi Azərbaycanın boynundan qara daş kimi asılıb»
Vəfa Quluzadə: «Qarabağ məsələsi Azərbaycanın boynundan qara daş kimi asılıb»

Ekspertlərin gəldiyi qənaətə görə, «dondurulmuş » münaqişələrin həlli Rusiyanın regionda təsir dairəsinin xeyli zəifləməsinə gətirib çıxara bilər. Elə bu səbəbdən də Rusiya indiyə qədərki imkanlarını heç cür əldən vermək istəmir. Politoloq Vəfa Quluzadəyə görə, Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu müəyyən uğurlar əldə edib və bu məsələnin BMT səviyyəsinə qaldırılması münaqişənin həll ilə bağlı görülən işləri poza bilər. Amma, cənab Quluzadə Rusiyanın açıqladığı bu mövqe ilə heç cür razılaşmır. O, hesab edir ki, vaxtilə həmin münaqişələri yaradan və onu «dondurulmuş » münaqişələr səviyyəsinə gətirib çıxaran Rusiya əslində özünə görə narahatdır: «BMT-də GUAM-a üzv olan ölkələrin nümayəndələri bu münaqişələrin Rusiya tərəfindən yaradıldığını açıq şəkildə deyəcəklər. Ona görə ki, BMT Baş Assambleyasında keçirilən müzakirələrdə Rusiya ifşa oluna bilər».


Vəfa Quluzadəyə görə, münaqişələrin dondurulmuş vəziyyətdə saxlanılması Rusiyanı tam təmin edir və amma üzdə elə göstərir ki, o region dövləti kimi münaqişələrin həll ilə bağlı iş aparır: «Amma, Qarabağ məsələsi Azərbaycanın boynundan qara daş kimi asılıb, Rusiya bununla Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyir».


«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirova görə, Rusiya «dondurulmuş » münaqişələr vasitəsilə regionu tam nəzarət altında saxlaya bilməsə də, hər halda baş verən proseslərə təsir etmək imkanlarını öz əlində saxlamaq istəyir. Daha çox Azərbaycanla bağlı məsələlərə toxunan cənab Mirqədirov deyir ki, Moldova və Gürcüstandakı münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağla bağlı BMT çərçivəsində bütün qərarlar 90-cı illərin əvvəllərində qəbul edilib. Əgər münaqişənin həll ilə bağlı məsələlər BMT çərçivəsində müzakirə olunarsa onda Azərbaycan indiyə qədər qəbul olunmuş sənədlərə əsasən ərazilərinin kim tərəfindən işğal olunmasının sənədlərlə təsdiqini tələb edə bilər. Rauf Mirqədirova görə, bu zaman Rusiya üçün çox çətin olacaq elan etsin ki, Azərbaycan torpaqları Dağlıq Qarabağın indiki rejimi tərəfindən işğal olunub. Digər bir halda əgər BMT Ermənistanı işğalçı dövlət kimi tanıyarsa, birincisi Rusiya özünə ən yaxın ölkəni özündən incik sala bilər, ikincisi işğal olunmuş ərazilərdən qoşunların çıxarılması məsələsi gələ bilər ki, bu da sözsüz ki, münaqişə çərçivəsində Rusiyanın manipulyasiya imkanlarını azalda bilər. Rauf Mirqədirova görə, elə sadalanan bu problemlərlə üzləşməmək üçün Rusiya «dondurulmuş » münaqişələrin BMT səviyyəsində həllinə razı deyil.


XS
SM
MD
LG